Çexiyada Rusiya qazından asılılıq bitdiyi üçün böyük sevinc yaşanır. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
“Bütün Rusiya qazı həvəskarlarını əmin etmək istərdim ki, o bizə lazım deyil. O, daha ucuz deyil. Onu Çexiya Respublikasına lazımi şəkildə çatdırmağın heç bir yolu yoxdur”, - deyə XİN rəhbəri “X”dakı paylaşımında qeyd edib.
Mətləb Salahov