"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mühüm faktlar açıqlayıb. O qeyd edib ki, Naxçıvanda 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizə yüksəlib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, 2022-ci ilin icra göstəricilərinə nisbətən dotasiya istisna olmaqla büdcə daxilolmaları 2024-cü ildə 32 faiz artıb ki, bu da 198 milyon manata qarşı 262 milyon manat olub.
Mətləb