" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində maraqlı fikirlər səsləndirib. Nazir müavini qeyd edib ki,
əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar olaraq 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq.
“Əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün yeni bacarıqlara ehtiyac var. Bu bacarıqların transformasiyası zəruridir. Növbəti illərdə kibertəhlükəsizlik, analitik düşüncə, problemlərin həllinə kreativ yanaşma və rəqəmsal savadlılıq gələcək illərin əsas bacarıqlarına çevriləcək.