Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, ölkəyə idxal olunan Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 1 manat olacaq. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Mətləb Salahov