İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 5-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. Bu barədə qurum açıqlama yayıb. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 torpaq sahəsi, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.
Əmlakların start qiyməti 7 360 - 32 800 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər mayın 30-na qədər qəbul olunacaq.
Mətləb