Pakistan kapitallı "Azerbaijan Rice Processing Mill" MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidentliyi statusu verilib. Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən sənaye parkının ərazisində "Düyü emalı" layihəsi həyata keçiriləcək. Belə ki, şirkət ölkəyə idxal olunan çəltiyin emalı, sortlaşdırılması və düyü məhsulunun qablaşdırılması nəzərdə tutulur.
Mətləb Salahov