çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

Image


Bu gün Azərbaycanda istehsal olunan qızılın yerli bazarda vəziyyəti çoxlarımız üçün maraqlıdır. Bu sahə ilə əlaqəsi olmayanlar elə güman edir ki, bizim qızılımıza yerli bazarda tələbat azdır. Əslində vəziyyətin necə olduğunu bu sahə ilə bağlı olan mütəxəssislər, qızıl ticarəti ilə məşğul olanlar və iqtisadçılar bilir.   

Azərbaycanın qızıl bazarında öz milli qızılımızın rolu nə qədərdir? Ümumiyyətlə, bizim yerli qızıldan istifadə olunurmu, bu qızıl yerli bazarda necə işləyir? Azərbaycanın qızılı qızıl məmulatları şəklində daha çox satılır? Azərbaycanın qızıl emalı, qızıl sənayesi nə vəziyyətədir? 

Məsələn,   külçə formasında olan qızıl  mağazalarımızda nə dərəcədə böyük rola malikdir? Ümumiyyətlə, yerli qızılın qiyməti necədir, münasibdirmi? "Lom" şəklində daxili bazarda qiyməti, rəqabətə dözümlülüyü nə qədərdir? Qızıl əşyalar, bəzək əşyaları düzəldirlər, düzəltmirlər? Bizim qızıldan düzəldilmiş zinət əşyalarının rəqabətə davamlılığı necədir?   

Bütün bu suallar ətrafında araşdırma apardıq və əvvəlcədən deyək ki, "yerli bazarda bizim qızıla tələbat azdır" deyənlərin fikirlərinin tamamilə yanlış olduğunu müəyyən etdik. 

Toğrul Abbasquliyev: "Bu gün bazarda təmsil olunan qızıl məmulatlarının 60-65 faizi Azərbaycan istehsalıdır"

Azərbaycan Zərgərlər Assosasiyasının rəhbəri Toğrul Abbasquliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, yerli qızıla həm Azərbaycanda, həm də başqa ölkələrin bazarlarında tələbat böyükdür. "Bu gün bazarda təmsil olunan qızıl məmulatlarının 60-65 faizi Azərbaycan istehsalıdır. Bu, pandemiya dövründə daha çox inkişaf etdi, ona qədərki dövrdə 30 faizə qədər idi. Bu gün isə 60-65 faizə çatır. Mən sizə hazır zərgərlik məmulatlarından danışıram. Qızıl külçələrindən danışırıqsa, Azərbaycanın öz istehsalı var. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinun buraxdığı külçələr, sikkələr də Azərbaycan istehsalı sayılır, amma əslində İsveçrədə istehsal olunur. Yəni xammal olaraq qızıl Azərbaycan qızılıdır, eyni zamanda gümüş də ölkəmizə məxsusdur. Bunlar xammal şəklində İsveçrənin "Argor-Heraeus" şirkətinə göndərilir, orda onlar hazırlanır, qablaşdırılır və Azərbaycana göndərilir". 

Azərbaycanın qızıl sənayesinin vəziyyətindən danışan T.Abbasquliyev qeyd etdi ki, Azərbaycan qızılının kifayət qədər ciddi bazar dövriyyəsi var. "Keçən il hazır zərgərlik məmulatlarının 230 milyondan çox bazar dövriyyəsi olub. İxrac da var. Özbəkistan, Qazaxıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə zərgərlik məmulatlarımız ixrac olunur. Bizim Assosiyasiya ilə dövlət qurumları arasında aparılan əməkdaşlığın nəticələri də var. Zərgərlik sənayesi üçün müəyyən güzəştlər var. Avadanlıqların idxalında gömrük rüsumunun azaldılması nəzərdə tutulub, hazırda bu istiqamətdə işlər gedir. Gümüş və qızıldan hazırlanan zərgərlik məmulatlarının idxalında yenə də 15 faiz gömrük rüsümundan azadolma var. Aksiz vergisi müvəqqəti olaraq iki il müddətinə təxirə salınıb. Yəni bazar inkişaf edir, böyüyür. Belə deyim, son 5 ilə nəzər salsaq görərik ki, 2020-ci ildə dövriyyə 32 milyon idi, bugünkü dövrdə isə 230 milyonu keçir. Bizim assosiyasiya da elə həmin ərəfələrdə, 2020-ci ildə yaranıb". 

Yerli qızıl məmulatlarının və qızıl külçələrinin yerli bazarda rəqabətə davamlı olub-olmadığı məsələsinə gəlincə, T.Abbasquliyev bildirdi ki, ümumiyyətlə, Azərbaycanda istehsal olunan məmulatlar çox yüksək keyfiyyətli olur. "Çünki Azərbaycanın zərgərlik məktəbi, bu sənətin nəsildən-nəslə keçməsi, adət-ənənəsi var. Azərbaycanın naxış ornamentləri çox ciddidir və böyük tarixə malikdir. Ona görə də bundan istifadə edib bizim zərgərlər öz məmulatlarının geniş çeşidlərini həm Azərbaycan bazarına, həm də xarici bazarlara çıxarır. Ümumiyyətlə, Azərbaycan istehsalı dedikdə bu, bir keyfiyyət nişanı kimi qəbul olunur. Məsələn, Özbəkistanda "Bakinskoye zoloto" deyirlər. Yəni bu, bir keyfiyyət nişanıdır. Rusiya, Türkiyə, İtaliya kimi bu sahədə öz sözünü demiş ölkələrin məmulatları ilə müqayisədə heç də geri qalmır,  deyərdim, hətta onları üstələyir. Amma dizayn və zövq məsələsinə gəldikdə, təbii ki, orda rəqabətdən danışmaq düzgün olmaz. Çünki fərqli kolleksiyalar və sair var. Ancaq ümumi işləmə keyfiyyəti, cilalama, materialın özünün düzgün tökülməsi, simmetriya, bağlantılar və sairi nəzərə alsaq, Azərbaycan kiyafət qədər keyfiyyətli məmulatlar istehsal edir. Söhbət təkcə əl işlərindən getmir, burada fabrik məmulatlarının da çox böyük payı var".

Yerli qızılın qiymətlərinə gəlincə, T.Abbasquliyev bildirdi ki, başqa sektorlardan fərqli olaraq, zərgərlik bazarında qiymətin formalaşması çox bəsitdir. T.Abbasquliyev qeyd etdi ki, brend məsullarda qiymətlər brendin adına görə formalaşır, dünya brendlərinin çox böyük əksəriyyəti Azərbaycanda təmsil olunur. "Bunların qiymət siyasəti brend adına görə müəyyənləşir, yəni brendin öz dəyəri var. Təbii ki, məmulatın tərkibindəki qiymətli daşlar, metallar, işçilik də nəzərə alınır. Amma onlardan qat-qat yuxarı qiymətlər olur. O ki qaldı brend olmayan, əksəriyyəti bazarda satılan məmulatlara, onlarda qiymət iki amillə formalaşır-məmulatın tərkibindəki metal və daşlar, metalların qiymətləri  London birjası ilə tənzimlənir. Daşların da öz qiymətləndirmə mexanizmi var. O ki qaldı işçiliyə, məsələn, İtaliyada bir az bahadır, Türkiyədə bir az ucuzdur. Azərbaycanda çox optimal qiymətlər var. Ümumi götürsək, yerli qızılın qiyməti dünya bazarındakı qiymətlərdən elə də ciddi fərqlənmir. Azərbaycanda işçilik də aşağıdır deyə, qiymətlər rəqabətə malik qiymətlərdir. Sadəcə, elə kolleksiyalar var bahalıdır, elə kolleksiyalar var ucuzdur. Ona görə də, onu birmənalı olaraq qeyd etmək düzgün olmaz. Ümumiyyətlə, zərgərlik bazarında qiymətin formalaşması izah etdiyim kimi spesifikdir". 

Yerli qızılın qiymətinə gəlincə, müsahibimiz bildirdi ki, təkcə bizim qızılın yox, ümumiyyətlə, bu gün 999 əyarlı qızılın 1 qramının birja qiyməti 85 dollardır, 750, 585 əyar da ona uyğun formalaşır, işçilik də 3 dollardan yuxarı gedir. T.Abbasquliyev qeyd etdi ki, yəni məmulatın hər bir qramına görə işçilik qiymətləri dəyişir, sadə işçilik 3-5 dollar, fərqli dizayn məmulatları 10, 15, 20 dollar olur, qiymətlər bu şəkildə olur, artır.

Fuad İbrahimov: "Azərbaycan qızılının daxili bazarda payı durmadan artır"

Mövzu ilə   bağlı iqtisadçı ekspert Fuad İbrahimovun da fikirlərini öyrəndik. F.İbrahimov bildirdi ki, Azərbaycanda qızıl hasilatı var, yataqlarımız mövcuddur. Ekspert qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində  ərazilərimizdə tam suveren hüquqlarımızı bərpa etdikdən sonra artıq Kəlbəcərin qızıl yataqları da özümüzdədir, onun artıq iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedir. "Ondan əvvəlki yataqlarımızda da hər hansı bir ləngimələr olmayıb, proses davam edir. Bu gün ixracımızda qızıl artıq qeyri-neft sektorunun payında lider sıralardadır. Sizə statistik məlumatı çatdırmaq istəyirəm. 2024-cü ilin I, II, III rübündə ümumilikdə 1476 kloqram qızıl istehsal olunub. Bu yaxşı göstəricidir. Ümumiyyətlə, prosedur belədir ki, qızıl hasil olunandan sonra beynəlxalq səviyyəli məkanlarda onun əyarlaşması prosesi gedir. Yəni külçə formasına gətirilməsi proseduru həyata keçirilir. Bilirsiz ki, Azərbaycanda "AzerGold" şirkəti artıq qızılın külçə formasında satışını həyata keçirir.  Zərgərlik Assosiyasiyasına üzv olan zərgərlərimiz, əlbəttə, rahatlıqla bu qızıl külçələrini əldə edə bilirlər və bunun istehsal prosesini həyata keçirirlər. Hazırda respublikamızda kifayət qədər istehsal prosesi ilə məşğul olan sahibkarlıq sinfi var. Onlar müxtəlif müasir dəbə uyğun sifarişləri yerinə yetirirlər. Hətta ən mürəkkəb zərgərlik işlərini gerçəkləşdirirlər. Bu gün Azərbaycan qızılının daxili bazarda payı durmadan artır.   Dediyimiz kimi, hazır məmulatların da kifayət qədər ixracatı var. Yaxın Şərq, Mərkəzi Asiya respublikaları bizim qızıl məmulatlarına kifayət qədər maraq göstərir. Yəni bu biznes Azərbaycanda kifayət qədər fundamental şəkildə formalaşır. Kifayət qədər zərgər mütəxəssislərimiz var, yetişiblər. Bilirsiz ki, Bakımızın ən möhtəşəm nöqtələrində də qızıl bazarları fəaliyyət göstərir. İlk növbədə institutsional şəkildə fəaliyyət göstərən  "Şərq bazarı" Ticarət Mərkəzidir. "Moskva" unvermağında, "8-ci kilometr" ərazisində də qızıl bazarı mövcuddur. Bilirsiz ki, adət-ənənələrimizdə qızılın kifayət qədər yeri var. Qızıl eyni zamanda strateji ehtiyat mənbəyidir. Yəni bu gün vətəndaşlarımız pullarını qızıla çevirə bilirlər, var-dövlətlərini qızıl şəklində saxlayırlar. Bu da çox güvənlidir". 

F.İbrahimovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, son 10 ildə dinamik surətdə qızılın qiyməti qalxaraq hazırda ən pik nöqtələrdən birinə gəlib çatıb. "Mən bir iqtisadçı ekspert kimi, qızıl alanlara tövsiyə etmək istərdim ki, qızılın qiymətində ucuzlaşma da baş verə bilər. Bu o demək deyil ki, ancaq qızılın dəyəri dəyərdən düşür, bütün hallarda bilmək lazımdır ki, dünya birjaları ilə qiymətlər tənzimlənir. Yəni bu gün Azərbaycanda istehsal olunan istənilən qızılın qiyməti dünya birjalarında müəyyən edilir. Ondan da sonra bunun da üzərinə zərgərlərimizin zəhməti, işçilik haqqı gəldikdən sonra hər hansı məlumatın qiymət əmələgəlmə prosesi baş verir. Amma hər bir halda nəzərə almaq lazımdır ki, dünya birjalarında qiymətlər kifayət qədər bahalaşıb. Buna digər amil də təsir edir. Əsas amillərdən biri odur ki, bir çox ölkələr artıq öz ehtiyatlarını qızıl ifadəsinə çevirir. Məsələn, qardaş Türkiyə, Rusiya, Çin, Hindistan və başqa bir çox ölkələr son zamanlar ehtiyatlarını qızıl ifadəsinə çevirirlər. Bunun da səbəbi var. Məsələn, Rusiyanın kifayət qədər valyuta ehtiyatı Qərb banklarında dondurulub. Belə olduğu halda bir çox ölkə özlərinin (diverifikasiya) risqlərini sığortalayaraq, valyutalarını qızıl ifadəsinə çevirərək öz ölkələrində saxlayırlar".

Ekspertin vurğuladığına görə, beləliklə də bu, qızılın qiymətinin durmadan bahalaşmasına şərait yaradır, eyni zamanda da nəzərə almaq lazımdır ki, dünya bazarında spekulyativ yanaşama deyilən bir alət, bir yanaşma var. "Yəni burada  artıq iqtisadi amillər yox, spekulyativ amillər hərəkətə keçəndə bazarda  heç bir məntiqə sığmayan ola, qiymətlər ucuzlaşa bilər. Baxmayaraq ki, tələbat var və tələbat da qiyməti formalaşdırır. Bu baxımdan, risqi nəzərə almaq lazımdır". 

F.İbrahimli qeyd etdi ki, qanunvercilik bazamızda hələ müəyyən boşluqlar var, idxal və ixrac əməliyyatları ilə bağlı şəffaflıq tam bərqərar olmayıb. "Amma  hazır məhsulun topdan satışının ƏDV-dən azad olunması "AzerGold" tərəfindən bəyan olunub. Bu yaxşı haldır. Beləliklə, zərgərlərimiz rəsmi olaraq bu məhsulları ordan alıb iqtisadi dövriyyəyə cəlb, işlik material kimi istifadə edə bilərlər. Bununla ƏDV-dən də azad olmuş olurlar. Amma bildiyim qədər, hazır məhsul artıq ƏDV-yə cəlb olunacaqdır" - deyə F.İbrahimli qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ