çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Ərzaq idxalına ildə 1 milyard manatdan çox itiririk, ancaq yerli istehsal da artır - bəs problem nədədir...

Image


Ərzaq məhsulları ən çox istehlak olunan, ən çox zəruri sayılan məhsul olduğuna görə onunla təminat hər bir ölkə üçün mühüm önəm kəsb edir. Təminatın daxili resurslar hesabına ödənilməsi isə hər bir ölkə üçün prioritet təşkil edir. 

Qeyd edilən istiqamətdə Azərbaycanda da müvafiq addımlar atılır. Lakin ərzaq təminatını hələ ki, yerli istehsal hesabına tam ödəmək mümkün deyil.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq idxalı xərcləri 2024-cü ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 1.97 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.84 faiz təşkil edib. Ərzaq idxalının son beş ildə 46.8 faiz, son 10 ildə isə iki dəfədən çox artdığı bildirilir. Bu fonda yerli istehsal da artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407.1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Ölkənin aqrar sahəsinə xeyli vəsait xərclənir. Lakin nəticələr hələ də istənilən həddə deyil. Hesablama Palatasının "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində bildirilir ki, 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2.2 dəfə, bir hektara düşən subsidiya 2.4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12.2 faiz azalıb. Rəydə qeyd olunur ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484.5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41.6 milyon manat və ya 9.4 faiz çoxdur: "Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və sair) nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9.4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0.1 faiz bəndi olması gözlənilir". Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də "Turan"a açıqlamasında idxalın ildən-ilə artmasının tərəfdarı olmadığını bildirib: "Yerli bazar formalaşdırılmalıdır, yerli məhsullardan daha çox istifadə olunmalıdır. Ancaq insanlar məhsulların xarici görünüşünü nəzərə alır, yerli məhsullara üstünlük vermir. İnsanlar elə bilirlər ki, xaricdən gələn ərzaq məhsulları daha keyfiyyətlidir. Ancaq bir çox hallarda onların keyfiyyəti bizim yerli məhsullardan daha aşağı olur". Amma deputat hesab edir ki, ərzaq məhsullarının idxalında artım həm də tələbat məsələsidir: "İnsanların ərzaq mallarına tələbatı artır. Əhalinin artımı ilə də əlaqəli ola bilər... Həm də xarici turistlərin sayının artımı ilə bağlı ola bilər ki, onlar burada bu məhsullara ehtiyac duyur və iş adamları bu məhsulların idxalında maraqlı ola bilər". Onun fikrincə, xaricdən idxalı azaltmaq və yerli istehsalı artırmaq üçün sistemli iş getməlidir: "Tələbata uyğun bazar nizamlanmalıdır". Bəllidir ki, idxal artdıqca valyuta axını artır və ölkə daxilində bahalaşma baş verir.

Hesab edilir ki, əsas məsələ yerli istehsalın daha sürətlə inkişaf etdirilməsidir. Ərzaq təhlükəsizliyi maksimum təmin olunmalıdır. Bunlar hökumətin diqqət mərkəzində olan mövzulardır və neçə illərdir ki, bu məsələlər prioritet olaraq qalıb. İqtisadçılar bildirir ki, heç bir ölkə maksimum dərəcədə özünü bütün ərzaq məhsulları ilə təmin edə bilməz. Dünya ölkələrinə nəzər salsaq, hər şeyini özü təmin edən ölkə tapmaq mümkün deyil. Amma idxalı elə tənzimləməlidir  ki, hər növ məhsul üzrə yerli istehsalı da himayə etmək mümkün olsun. Elə olmalıdır ki, ölkəyə gətirilən məhsula daxili bazarda diktə edilən qiymət yerli istehsal ilə məşğul olan şəxsdə bazara öz məhsulunu çıxarmağa mane olmasın. Yerli istehsalı inkişaf etdirməklə bərabər bazarda rəqabət şəraitinin geniş miqyasda təmin olunmasını, idxalda və daxili bazarda inhisarçılığa yol verməmək və qiymətlərin gömrük, vergi, idxal rüsumları vasitəsi ilə düzgün tənzimlənməsi təmin olunmasına xüsusi diqqət etmək lazımdır. Bunları təmin etmək mümkün olarsa, daxili bazarda xarici mənbələrdən qaynaqlanan inflyasiya, qiymət artımı kəskin xarakter daşımayacaq. Bu fonda qeyd edək ki, son illərdə ərzaq məhsulları bazarında müşahidə edilən müsbət trend yerli məhsullardan istifadənin artmasıdır. Yəni insanlar getdikcə üstünlüyü daha çox yerli məhsullara verirlər. Hazırda ərzaq məhsulları idxalındakı artım əsasən maliyyə bazarlarında müşahidə edilən trendlərin dəyişikliyindən qaynaqlanır. Bundan əlavə, idxaldan asılılığı azaltmaq və ixracatda mühüm addımlar atmaq üçün regionlarda kənd təsərrüfatı və sənaye məhsullarını istehsal edən müasir müəssisələr qurulmalıdır. Bu, həm ixracı artırar, həm də yeni iş yerləri yaradaraq yerli əhalinin məşğulluğunu təmin edər. İndilikdə isə hökümət tərəfindən makroiqtisadi sabitliyin təmin olunması istiqamətində görülən kompleks tədbirlərə baxmayaraq, dünya iqtisadiyyatında cərəyan edən təlatümlərin təsirlərindən tam şəkildə qorunmaq mümkün deyil.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ