"Moody's" SOCAR-ın reytinqi üzrə proqnozu yüksəldib

img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ, defolt və təminatsız istiqrazları üzrə reytinqi "Ba2" səviyyəsində saxlanılıb.

Trend bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.

Şirkət üzrə proqnoz "sabit"dən "müsbət"ə dəyişdirilib.

Bundan başqa, SOCAR-ın baza kredit reytinqi "b1" səviyyəsində təsdiq olunub.

Agentliyin məlumatında deyilir ki, reytinq şirkətin dövlətlə güclü kredit əlaqələrini, habelə Azərbaycanda mövcud olan əməliyyat və makroiqtisadi mühitə təsirini əks etdirir.

Agentlik hesab edir ki, SOCAR üçün əməliyyat və makroiqtisadi mühit mərhələli şəkildə yaxşılaşacaq və onun kredit portfelinə dəstək verəcək.

Son xəbərlər