05/12/2020 13:17
728 x 90

İşğaldan azad edilmiş torpaqlarımız ölkənin vahid iqtisadi sisteminə daxil edilsə...

Elşad Məmmədov: “...işğaldan azad edilmiş ərazilərdə innovativ sahələrin inkişafına nail olmaq lazımdır”

img

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyinin təmin olunmasında enerji amilinin rolu xüsusi aktuallıq kəsb edir. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlığının təmin edilməsi, gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.

 

İşğaldan azad edilən və ediləcək ərazilər ölkə iqtisadiyyatının inkişafı baxımında mühum əhəmiyyət kəsb edir. Torpaqlarımızın işğaldan azad olunması fonunda ölkənin yeni vahid iqtisadi sistemi yaradılacaq.

  • “Torpaqların işğaldan azad olunması mövcud şəraitdə milli iqtisadiyyatımızın rəqabət baxımından ciddi inkişafına zəmin yaradacaq”

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirdi ki, Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərinin ölkənin vahid iqtisadi sisteminə daxil olması iqtisadi inkişafa güclü təkan verəcək: “Çünki Azərbaycanın iqtisadi potensialı ölkənin ərazisindən xeyli dərəcədə böyük olsa da, qeyri-mütənasiblik var. Bu qeyri-mütənasibliyin aradan qaldırılması üçün işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi sistemə daxil olması vacibdir. Torpaqların işğaldan azad olunması mövcud şəraitdə milli iqtisadiyyatımızın rəqabət baxımından ciddi inkişafına zəmin yaradacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə innovativ sahələrin inkişafına nail olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, müasir dünya iqtisadiyyatında innovativ sahələr ön plandadır. Azərbaycanın sözügedən ərazilərində kənd təsərrüfatının inkişaf etdirilməsi də məqsədəuyğundur. Ən mühüm məqamlardan biri odur ki, kənd təsərrüfatında aqrar sənayenin, yüksək texnoloji sahələrin inkişafına üstünlük verilməlidir. Regional inteqrasiya sayəsində bu sahələrin inkişafı ölkənin qeyri-xammal ixrac potensialını gücləndirə və bununla yanaşı, ölkədə reallaşdırılan idxalın əvəz olunması siyəsəti fonunda daxili və istehlak bazarı yerli məhsullarla təmin edilə bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər