çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycan neftdən qaz amilinə keçir… Qaz ehtiyatlarının həcmi ölkəyə enerji sektorunda uzun müddət dominantlıq vəd edir…

Image


Aparılan hesablamalar göstərir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanın xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  17,6% çoxdur.

Energetika Nazirliyinin açıqlamalarına əsasən, bu ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 milyard  kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard  kubmetr olub. Cari ilin sonunda tam hazır olacaq “Cənub Qaz Dəhlizi” ilə Avropaya ildə 10 milyard, daha sonra 16 milyard  kubmetr qaz göndəriləcək. Bu rəqəm sonrakı illərdə daha da artacaq. Beləliklə, təbii qaz satışından Azərbaycan qarşıdakı dövrdə böyük həcmdə gəlir əldə edəcək. Amma artan qaz istehsalı ölkə daxilində də iqtisadiyyatın inkişafında öz sözünü deyəcək.

Məsələ burasındadır ki, Azərbaycanda sənaye indi getdikcə qaz istehsalı hesabına da inkişaf edir.  Hətta iş o yerə çatıb ki, neftin dünya bazarında qiymətinin qeyri-sabitliyi təbii qazın satışından gələn gəlirlərin neft ixracından əldə olunan mənfəətin səviyyəsinə çatmasına şərait yaradır. Hesablamalar göstərir ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam edərsə, Azərbaycanın dövlət büdcəsinə qazdan daxil olacaq gəlirlərin neft gəlirləri ilə bərabərləşməsi mümkündür. Burada o da nəzərə alınmalıdır ki, neftə tələbatın azalması və son dövrlər dünya bazarında qiymətinin qeyri-sabit olması ölkəmizin qaz hasilatını artırması zərurəti yaradıb. Bu da o deməkdir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Burada digər önəmli məqam odur ki, təbii qaz benzinə olan tələbin azalmasında da getdikcə mühüm rola malik olur. Azərbaycanda avtomobillərə maye qazla işləməsi üçün quraşdırılan avadanlıqlara maraq bu səbəbdən çoxalıb. Qazla işləyən maşınlarda sərfiyyat benzinə nisbətən artıq olsa da, qazın qiymətinin aşağı olması yanacağa çəkilən xərci qat-qat aşağı salır. Qaz avadanlığı quraşdırılan maşının salonuna kiçik bir qurğu da qoyulur ki, buradan maşında nə qədər qazın oldugunu, mühərrikin qaz, yoxsa benzinlə işlədiyini görmək olur. Avtomobilə quraşdırılan ''qaz beyni'' isə təhlükə anında partlama və yanmanın qarşısını alır. Üstəlik, sıxılmış təbii qazla işləyən avtobusların sayının çoxalması da burada öz sözünü deyir. Bu avtobusların sərfiyyatı azdır və ekologiyaya az zərər verir.

Qazla bağlı daha bir vacib addım odur ki, ölkədə ötən müddətdə həyata keçirilmiş layihələr əsasında il ərzində atmosferə atılan 1 milyard  kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası  SOCAR tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Onu da qeyd edək ki, neft hasilatı zamanı səmt qazı emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bu sahədəki uğurlar həm də iqtisadiyyatın sabitliyinə xidmət edir. Həmçinin qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi, qazla işləyən yeni sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatını şaxələndirir. Milli Məclisin deputatı Müşfiq Cəfərov bu xüsusda qeyd edir: “Bu gün ölkənin neft emalı müəssisələrinin qarşısında duran başlıca vəzifə ətraf mühiti neft və neft emal məhsulları tullantılarından mühafizə etməkdən ibarətdir. Məlumdur ki, Azərbaycan neftinin tərkibində kükürdün miqdarı çoxdur. Bu cür tərkibli tullantılar ətraf mühitə ziyan vurur. Təbii ki, müasir dövrün ən aktual məsələlərindən biri də ətraf mühitin mühafizəsinin təmin olunmasıdır. Ölkəmizdə müxtəlif texnoloji qurğuya malik, yüksək keyfiyyətli məhsullar istehsal edən müasir neft emalı müəssisələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri sayəsində bunun qarşısı uğurla alınıb. Artıq neft emalı ilə çirklənən ərazilərdə bərpa işləri uğurla həyata keçirilir”. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Abşeron” yatağında dəniz əməliyyatlarının təməlqoyma mərasiminin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Abşeron” layihəsinin həyata keçirilməsi ilə təbii qazın istehsal payının artırılması, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq: “Abşeron” yatağında hasilata başlanılması, sadəcə, neft və qaz sənayesi baxımından və geniş iqtisadi mənada deyil, həm də beynəlxalq iqtisadi münasibətlərdə tamamilə yeni mərhələnin başlanğıcından xəbər verir. Bu gün Azərbaycanın qaz strategiyası bir sıra mühüm hədəflərə çatıb. Belə ki, Azərbaycanın enerji təhlükəsizliyinin davamlılığının təmin edilməsi və ekoloji təmiz enerji istehsalı lazımi qaz ehtiyatlarının yaradılmasından ibarətdir”. Hesablamalar göstərir ki, Azərbaycanda qaz ehtiyatlarının həcmi 5,6 trilyyon kubmetrə çatır. Bu isə ölkənin uzun müddət enerji sektorunda dominant mövqeyini təmin edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ