Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın əvvəlki “Formula”lardan əldə etdiyi qazanclar bu il də davam edəcəkmi…

Image


Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq xeyli təcrübə qazanmış Azərbaycan bir neçə gün sonra daha bir idman yarışına evsahibliyi edəcək.

Dörd il öncə dünyada 500 milyondan çox azarkeşi olan “Formula-1” Qran-Prisinə qapı açan Bakı artıq bu yarışların təşkilində də əhəmiyyətli təcrübəyə malikdir. Həyata keçirilən hazırlıq işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə gün sonra dünyanın dörd bir yanında yaşayan tamaşaçıların əsas diqqəti ölkəmizdə keçiriləcək “Formula-1”Qran-Prisində olacaq.

Məlumdur ki, “Formula-1” Qran-Prisi olduqca populyar olan idman növüdür. Adıçəkilən yarışın paytaxtımızda təşkil olunması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Bu Qran-Prinin Azərbaycanda təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir və dövlətimizə olan böyük etimadla bağlıdır. Adıçəkilən yarışın Bakıda keçirilməsi, ilk növbədə, ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsətdir. Həmçinin, adıçəkilən yarışlar Azərbaycanın iqtisadiyyatına xeyir verəcək bir amildir. Çünki “Formula-1” Qran-Prisinə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaq gəlir. Yarışlar ölkəmizin mədəniyyətini dünyaya təqdim etmək baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan turizmin inkişafına da mühüm töhfə verəcək.

Onu da bildirək ki, “Formula-1” Qran-Prisi bir tərəfdən əyləncəli tədbirdir, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayır. Yarışlar ərəfəsində internet resurslarında “Formula-1” Qran-Prisi keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin, bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri daha dərindən başa düşməsinə imkan yaradır. Bundan əlavə, ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir. Təşkilatçılar da Azərbaycanın yarışların təşkilinə diqqətindən çox razılıq edirlər. Son iki ilin təcrübəsi nəzərə alınaraq, bu il yarışa hazırlıq işləri daha qısa zamanda və yüksək səviyyədə ortaya qoyuldu. Heç şübhəsiz ki, bu həftəsonu başlayacaq yarışlar bütün dünya tərəfindən böyük maraqla izlənəcək.

O da bəllidir ki, “Formula-1” fanatlarının sayı 500 milyon adamdan çoxdur. Bu yarış məşhurluğuna görə dünyanın futbol çempionatları və olimpiya oyunları ilə rəqabət aparır. Bundan başqa, “F-1” digər beynəlxalq yarışlarla müqayisədə ən çox auditoriya toplayır. Çempionat birbaşa efirdə yayımlanır və beş qitənin 200 ölkəsini əhatə edir. Təkcə 2018-ci ildə Azərbaycanda keçirilən “Formula-1” Qran Prisini  82,3 milyon insan izləyib, bu da, öz növbəsində, böyük sayda insanın Bakı haqqında məlumat alması deməkdir, onların xeyli hissəsi bizim şəhəri görmək fikrinə düşüb.

Açıqlanan statistik rəqəmlərdə qeyd olunur ki, adıçəkilən yarışı izləmək üçün 2016-cı ildə Bakıya dünyanın 42, 2017-ci ildə 65, 2018-ci ildə isə 78 ölkəsindən qonaqlar gəlib. Bu il keçiriləcək yarışlarda yarışmanı izləmək üçün ölkəyə gələcək qonaqların sayının daha çox olacağı proqnozlaşdırılır.

“Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinin bir çox sahələrə müsbət təsiri var. İlk olaraq iqtisadiyyada verdiyi fayda haqqında məlumat verək. Paytaxtda baş tutmuş “Formula-1” yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair araşdırma aparılıb. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, 2016 və 2017-ci il Qran-Prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib. Yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. Nəzərə almaq lazımdır ki, əsas xərcləri - müvafiq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır.

“Formula-1” idman yarışının ölkəmizdə keçirilməsi əsasən turizm sektorunun inkişaf etməsinə səbəb olur. Məlumdur ki, adıçəkilən yarış 2023-cu ilə qədər ölkəmizdə keçiriləcək. O üzdən, “Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənir.

Ötən illər ərzində keçirilən “Formula-1” yarışlarında Bakıya gələn turistlərin sayı sürətlə artıb. Yarışlardan sonra Bakı otellərindən verilən bilgilərə görə, bütün otellərin otaqları, demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq 10 milyon dollar ölkəyə gəlirin gəlməsi deməkdir.

Onu da bildirək ki, Bakıda keçirilən “Formula-1” yarışı haqqında dünyanın tanınmış media orqanlarında silsilə materiallar yayımlandı. Hətta 2018-ci ildə Bakıda baş tutmuş “Formula-1” yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.

Statistik rəqəmlərdə o da qeyd olunur ki, televiziya auditoriyasında da builki Azərbaycan Qran-Prisi bir çox yarışdan üstün olub. Azərbaycan Qran-Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.

Dövlət başçısı İlham Əliyev də “Formula-1” yarışının əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz, doğrudan da, xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk: “Ona görə “Formula-1” yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir”.

 

Rüfət Quliyev: “… ölkəmizin etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axması, əməkdaşlığa açıq olması və yeni texnologiyaların gəlməsinə səbəb olur”

“Formula-1” Qran-Prisinin ölkəmizdə keçirilməsinin sosial-iqtisadi əhəmiyyəti barədə “Bakı-Xəbər”ə məlumat verən millət vəkili Rüfət Quliyev qeyd etdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər, bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.

Millət vəkilinin sözlərinə görə, “Formula-1” Qran-Prisi də bütün dünyada çox geniş tamaşaçı auditoriyasına malikdir. Bu yarışı bütün qitələrdə təxminən 500 milyon tamaşaçı izləyir. “Formula-1” Qran-Prisinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği, turist cəlbediciliyinin artırılması üçün böyük əhəmiyyət daşıyır: “Burada, heç şübhəsiz ki, 6 kilometr uzunluğa malik Bakı trekinin özünəməxsus cəhətlərini də xüsusi vurğulamaq lazımdır. Yarış treki şəhərin ən görməli yerlərindən keçir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin, Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Qız qalasını, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Ümumiyyətlə, bəri başdan yarışların bütün trek boyunca çox maraqlı keçəcəyini söyləmək mümkündür”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ