Fevralın 17-18-də Avstriyada cüdo üzrə açıq qitə kuboku uğrunda yarış keçirilib. Yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda mübarizəyə qoşulub.
Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Firudin Dadaşov uğurla yarışaraq bürünc medal qazanıb.
Polis karateçimiz də bürünc qazandı
Fevralın 16-dan 18-dək Dubayda “Karate-1 Premyer Liqa” turniri keçirilib. Dünyanın ən güclü karateçilərinin yer aldığı bu yarışda Azərbaycan idmançıları da öz məharətini göstərib.
Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının əməkdaşı Ayxan Mamayev çəkisi 84 kiloqramadək olan idmançılar arasında bürünc medal qazanıb.
Gələcək uğurların təməli bu gün qoyulur
Fevralın 14-dən 18-dək Azərbaycan Boks Federasiyasında yeniyetmə boksçuların paytaxt birinciliyi keçirilib.
Bakının bütün idman klub və cəmiyyətlərinin yetirmələrinin qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin komandası da iştirak edib. Əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələri bu yarışda 7 medal qazanaraq ölkə birinciliyinə vəsiqə alıblar.
Xəyalə MƏMMƏDOVA DİN Mətbuat Xidmətinin əməkdaşı