Fransada etirazçılar qarşıdakı futbol üzrə Avropa çempionatının baş mükafatı - Anri Delone Kubokunun turne mərhələsini pozublar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kubok turne çərçivəsində indiyədək Fransanın 25 şəhərində olub. Baş mükafat bu gün səhər Parisin Şimal vağzalına gətirilib. Lakin etirazlar səbəbindən burada Kubokun təqdimatının keçirilməsi ləğv edilib.