Azərbaycanın 2016 Formula 1 Avropa Qran Prisinin bilet satışından 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Formula 1 üçün 30 min bilet satışa çıxarılıb: "Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir. Satışlar davam edir və işlər tam qaydasında gedir”.