Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürüb. Trend qurumun saytına istinadən məlumat verir ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, R.Abdullayev 2016-cı il martın 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.