İtaliya Birinci Futbol Liqasının (Seriya A) köklü klublarından «Parma», keçirdiyi iqtisadi çətinliklərdən çıxa bilmədiyi üçünü 1 avroya satılıb.
Baki-xeber.com xəbər verir ki, 1990-cı illərdə İtaliya futbolunun uğurlu qruplarından biri olan və o dövr muzeyinə bir Kubok Qalibləri Kuboku, 2 UEFA Kuboku, bir Super Kubok, 3 İtaliya Kuboku və bir İtaliya Super Kuboku qazandıran «Parma», son illərdə borc böhranından əziyyət çəkirdi.
«Parma» klubunun sahibləri Tomasso Jirardi və alban iş adamı Rezart Taçi klubu Rusiya nəhəngi «Qazprom»a yaxınlığı ilə bilinən, məsləhətçilik xidməti verən Sloveniya ortaqlı «MAPI Grup»a simvolik olaraq bir avroya satıb.
Alqı-satqı əməliyyatının ardından klubda başçılığı üzərinə götürən Giampietro Manenti, bir müddətdir İtaliyada bir klub almaq fikirində olduğunu, oktyabr ayında «Parma» üçün apardıqları danışıqların o dövrdə yaxşı getmədiyini, ancaq bu dəfə müsbət nəticələndiyini bildirib.