Ermənistanın yeni rəhbərliyi ordudakı səfalətin əsas səbəbini tapıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bunun kökündə ayrı-ayrı dövlət məmurlarının orduya ayrılan vəsaiti bu və ya digər şəkildə talaması durur. Son günlərdə bu ölkənin bir neçə vəzifəli məmurunun mənimsəmə və israf etmə faktına görə həbs olunmasının ardından iyunun 21-də erməni ordusunun işğal edərək nəzarətində saxladığı Azərbaycanın Əsgəran rayonunun Mirzəcan adlanan ərazisində 25 ədəd ət konservlərinə aid boş qutu, 259 ədəd isə üzərində “”Əsgər payı” yazılmış boş yeşik aşkarlanıb.
Qondarma rejimin “polis idarəsi”ndən mətbuata bildirildiyinə görə, əməliyyat zamanı üzərində “Erməni əsgərinə”, “Gümrü sizinlədir” kimi yazılar olan daha 8 karton qutu da aşkarlanıb.