Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya prezidenti ilə oxşar tərəfləri dövlət idarəçiliyində böyük təcrübəyə malik olmalarıdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, TRT kanalına müsahibəsində bildirib. Qeyd edib ki, Rusiya prezidenti ilə aralarında, özəlliklə Suriya məsələsilə bağlı xüsusi münasibət yaranıb. Türkiyə prezidenti iki ölkə arasında, xüsusilə kəşfiyyat və XİN xəttilə sıx təmaslara da diqqət çəkib.
“İki daha təcrübəli siyasi lider var ki, onlardan biri mən, digəri Putindir. Baş nazirlik və Prezidentlik müddəti nəzərə alınarsa, bizim davamlı fəaliyyətimiz 15-16 ildir davam edir”- deyə o, fikrini tamamlayıb.