Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan Paşinyan hökumətinə qarşı sabotajla məşğuldur.
Baki-xeber.com-un xəbərinə görə, belə bir məqalə ilə bu ölkənin “Joxovurd” qəzeti çıxış edib. Nəşr yazır ki, məxməri inqilabdan sonra Ermənistanın dünyada reytinqi qalxmışdı və XİN bütün gücünü sərf edərək bu reytinqin qorunub saxlanmasına çalışmalı idi. Məqalə müəllifinin qənaətinə görə, XİN rəhbəri səfirlərə ölkədəki son vəziyyətin təbliği ilə bağlı göstəriş verməli, özü də müxtəlif səviyyəli görüşlərdə bu yöndə təbliğatla məşğul olmalı idi. “Lakin hazırda bunun əksi müşahidə olunur və bu istiqamətdə heç bir iş aparılmır”- deyə qəzet analitikləri bildirir. Onların fikrincə, bütün bu baş verənlər mütəşəkkil sabotajdır, arxasında isə elə prezident Armen Sarkisyan durur. Çünki Mnatsakanyan məhz onun kadrıdır və 90-cı illərdən onun ətrafındadır.