Bayram tədbirlərində iştirak edəcək Türkiyə hərbi qulluqçuları Azərbaycana gəlib. Bu barədə baki-xeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu ölkəmizə səfərə gəlib.