Cümə günü, 09 oktyabr 2026
     

Firon məktəb direktorları, böyrü üstə yıxılan təhsil, alverə çevrilən məktəbli formaları...

Image


Sentyabr ayı yaxınlaşır. Dolanışıq üçün bütün yayı qızmar günəş altında qan-tər içində işləyən zəhmətkeş valideynlərin yay "tətilindən" sonrakı qayğıları başlayır. Sentyabrın 15-də uşaqlarını məktəbə yollayacaq valideynləri indidən dərd götürüb. Təhsildən başqa hər işlə məşğul olan orta məktəblərdə hər il feodal direktorların əmrləri hər kəsi şoka salır. Bu il məktəbli formaları bu rəngdə, bu dəbdə olacaq, vəssalam! Özüdə alınacaq məktəb formalarının ünvanlarını, mağazalarını, satıcısına qədər hər şeyi məktəb direktorları müəyyənləşdirirlər. Həttda bəzi məktəb direktorlarının tapşırığı ilə sinif rəhbərləri valideyn­lərə "votsap qrupu" ilə "sifarişlərini" ve­rirlər. Hətta geyimlərin hansı ünvandan alınacağı da bildirilir. Filan mağazadan, filankəsin mağazasından. İndi cəsarətin var məktəb direktorunun dediyi yerdən yox, başqa bir yerdən alasan. Pahoooo, gör nə qiyamət qopur. İlk öncə sinif rəhbərini salacaqlar ortaya, sonra da qadın valideyn koordinator qarışacaq işə. Yazıq valideynə psixoloji təzyiq təzyiq üstünə!

Görəsən hər dəfə məktəbli formalarına "əl gəzdirib" bunu davamlı qazanc yerinə çevirən, bununla da gündəlik çörəkpulunu zorla qazanan imkansız valideynləri xərcə salan məktəb direktorlarında heçmi vicdan deyilən hissiyat qalmayıb? Axı qiymətlərin hər gün yox, hər saat qalxdığı bir dövrdə insanlar böyük çətinliklərlə üz-üzə qalıblar. İndi iş tapmaq, ailəni orta həddə dolandırmaq özü mürəkkəb məsələdir. Axı işsizlik problemi birbaşa yaşayış tərzini gündən-günə çətinləşdirir. Bir çox valideynlər ailənin gündəlik ehtiyaclarını ödəyə bilmirlər, süfrələrinə normal qida məhsulları qoya bilmirlər. Kommunal ödənişləri çətinliklə ödəyirlər. Hələ kirayədə yaşayan, xəstəsi olan, hər ay apteklərdən eyni reseptləri alanlar var. Belə olan halda ailədən 2 uşaq məktəbə göndərən valideyn məktəbli forması ala biləcəkmi? Axı bir uşağın məktəbə getməsi üçün tək məktəbli forması tələb olunmur. Bunun çantası, ayaqqabısı, kitab-dəftəri də var. Aylarla iş axtaran, tək özü çalışan ailə başçıları var ki, onları əlavə xərcə salmaq, əziyyət vermək insanlıq üçün utancdır. Özü də düşünəndə ki, bunu təhsilin beşiyi olan məktəb başbilənləri edir, bu daha ağır gəlir insana. Belə olan halda məktəbli formasının dəyişilməsi yumşaq desək, sadəcə VİCDANSIZLIQDIR!
Axı məktəbli formalarını hər il dəyişdirmək üçün bunların bəhanəsi nədir?. Sən demə məktəbli formasındakı rənglərdən biri, məsələn bu cür yox, başqa cür olmalıdır. Rənglərin nə önəmi var axı??? Gözəllik salonundan məktəb direktoru kreslosuna adlamış, pedaqoji işdən xəbəri olmayan, "koryerası" boyu təhsil əvəzinə manikürlüklə məşğul olmuş "direktor xanımlar" məktəbli formasını əməllicə alver, biznes işinə döndəriblər. Elə məktəblərin özlərini alverə döndərdikləri kimi. Təhsil Nazirliyini heçə sayan, özlərini feodal xanlar kimi aparan bu direktor sürüsü təhsili, pedaqoji işi, məktəbdəki nizam-intizam problemlərini qoyublar bir qırağa, düşüblər məktəbli formalarının üstünə. İmkansız valideynləri qısnayırlar ki, məktəb rəhbərliyi hansı formanı dedisə, onu da almalısan. NİYƏ???

Axı məktəb direktorlarına kim icazə verib ki, belə azğın feodal olmaq həvəsinə düşsünlər? Əlbəttdə məktəb direktorlarının belə əl-qol açmasında təhsil üzərindəki funksiyası sıfıra enən Təhsil Nazirliyinin də az "əməyi" yoxdur. Acı da olsa reallıq odur ki, təhsilin başını buraxan Nazirlik, bütün səlahiyyətləri verib məktəb direktorlarına. Hazırda orta məktəblərdə idarəçilik bu düsturla həyata keçirilir: məktəb direktorları- sinif rəhbərləri- qadın valideyn koordinatorlar. Məhz bu üçlük təhsilin içinə necə ... gül qoyublarsa, qoxusu bütün cəmiyyəti bürüyüb. Bu gün məktəbli forması ətrafında açıq alverə israr edən məktəb rəhbərliyi, tədris prosesi gələn kimi qadın valideynləri "işə" cəlb edir, yenicə parta arxasında əyləşən, hələ məktəb nədir bilməyən körpə fidanları ilk gündən təhsilin anasını ağladan repititor yanına sürükləyir, əlamətdar günlərdə müəllimləri təbrik etmək adı ilə pullar yığdırır, uşağın biliyinə görə deyil, məktəbə ödədiyi "şirinlik" məbləğinə görə qiymət yazılır. Biz heç cür düzəlmirik. əsrlər boyu işimizi rüşvətlə aşırmağa adət etdiyimiz kimi, ən strateji sahə olan təhsili də on illiklərdir rüşvət "yağında qaynadırıq".
Təhsilin bu günə düşməsinə həm də öz uşağının həqiqi bilik almasındansa rüşvət verib ona "yüksək qiymətlər" yazdıran valideynlər səbəbkardırlar. Məhz bu cür valideynlərdir təhsilin "anasını ağladan", küt, savadsız nəsil yetişdirmək üçün müəllim adına, direktor adına yaraşmayan adamları rüşvətə boğan. Bir qrup belə valideynin ucbatından bu gün həttda məktəbli formaları da alver predmetinə çevrilib. Unutmayaq ki, bu gün alver və qazanc oyununa çevrilən məktəb formaları, həm də o formanı geyinib parta arxasında oturan uşaqların gələcək bədbəxtliyi üçün açılan cığırdır. Bu cığır ancaq savadsız, rüşvətxor, gələcəyi olmayan KÜTLƏ SÜRÜSÜ yetişdirir, başqa heç nə!

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ