Cümə günü, 09 oktyabr 2026
     

Cənubi Qafqazda iki müharibə: iki fərqli tale

Image


Bu gün Rusiya-Gürcüstan müharibəsindən 16 il keçir. 2008-ci ilin 8 avqustunda Rusiya Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirərək "sülhü təmin etmə əməliyyatı" adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma keçmiş, Cənubi Osetiya və Abxaziya ərazilərini tam nəzarətə götürdükdən sonra 12 avqustda əməliyyat başa çatdırılmışdı.

Gürcüstanda baş vermiş hadisələrdən 12 il sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə nail olacağını heç kim proqnozlaşdırmırdı. Azərbaycandan və Azərbaycanlılardan başqa.

Bu gün 2020-ci ilin Vətən müharibəsini xatırlayanda Cənubi Qafqazda baş vermiş bu iki hərbi-siyasi hadisədə nəticələrin müqayisəsi geopolitika baxımından olduqca maraqlıdır.

Belə ki, hər iki ölkədə müharibə başlayana qədər həmin ölkələrdəki separatçılar açıq və gizli şəkildə üçüncü tərəfdən dəstəklənirdi. Gürcüstanda separatçılara bu dəstək yalnız Rusiyadan verildiyi halda Azərbaycan ərazisindəki sepratçılıq Rusiya və Ermənistan tərəfindən birlikdə dəstəklənirdi. Hər iki ölkə beynəlxalq birliyin ədalətli yanaşmasına ümid edərək beynəlxalq təşkilatlardan və xüsusilə böyük güc mərkəzlərindən dəstək gözləyirdilər. Beynəlxalq birlik isə sözdə dediklərini əməldə təsdiq etməyə tələsmirdilər. Azərbaycan və Gürcüstan tərəfindən problemin həlli üçün bütün mümkün addımlar atılır, lakin həmin dövr üçün formalaşmış status-kvonu dəyişmək mümkün olmurdu. Əvvəllər düşünülürdü ki, beynəlxalq sistemin qəti addımlar atmağa siyasi iradəsi çatmırdı və sonradan aydın olduğu kimi, beynəlxalq sistem heç belə bir iradə ortaya qoymağı da düşünmürmüş.

Bununla belə Qərb müharibə qaçılmaz olduğu halda Gürcüstana hər cür dəstək veriləcəyi ilə bağlı Mixeil Saakaşviliyə söz vermişdi. Qərbin vədlərinə etimad göstərən Mixeil Saakaşvili avqustun 7-dən 8-ə keçən gecə özünü müstəqil dövlət elan etmiş Cənubi Osetiyaya qoşun yeritdi. Ertəsi gün Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev Rusiya qoşunlarını münaqişə zonasına yeritməklə faktiki olaraq Cənubi Osetiya tərəfində Gürcüstana qarşı müharibəyə qoşuldu. Nəticədə cəmi bir neçə gün ərzində Rusiya qoşunları separatçı qüvvələrlə birlikdə Gürcüstan ordusunu Cənubi Osetiya və Abxaziya bölgələrindən çıxardı və üstəlik Gürcüstanın həmin bölgələrə bitişik bəzi ərazilərini də zəbt etdi.

Bu qısa müddətli müharibə böyük miqyaslı geopolitik nəticələr doğurdu və bu nəticələr Gürcüstanın siyasi-hərbi, iqtisadi və mənəvi həyatında silinməz izlər qoydu. 4 günlük müharibə başa çatdıqdan cəmi iki həftə sonra Rusiya Cənubi Osetiyanı və Abxaziyanı "müstəqil dövlətlər" kimi tanıdı. Gürcüstanın Qərb strukturlarına inteqrasiyası iflasa uğradı. Hər vəchlə Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edən Qərb Rusiyaya qarşı hər hansı bir sanksiya belə tətbiq etmədi. Məhz həmin hadisələr zamanı Qərbin nümayiş etdirdiyi ikiüzlülük 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə və daha sonra Ukraynaya geniş miqyaslı təcavüzə başlamasına stimul verdi.

Azərbaycan da elə Gürcüstanla eyni vaxtda, müstəqilliyimizin bərpası ərəfəsində eyni problemlə üzləşmişdi. Bu gün Gürcüstan hadisələrini xatırlayarkən bir daha 2020-ci ildə Azərbycanın əldə etdiyi qələbənin nə qədər möhtəşəm olduğunu dərk etməmək mümkün deyil.

Gürcüstandan fərqli olaraq Azərbaycanın ərazi bütövlüyü Qərb tərəfindən birmənalı şəkildə dəstəklənmirdi. Qərbin bir çox siyasi liderləri Qarabağı "mübahisəli ərazi" adlandırmaqla Azərbaycanı qeyri- müəyyən və hətta çıxılmaz vəziyyətdə qoyurdular. Beləliklə, həmin dövrdə Azərbaycan Grcüstana nisbətən daha ağır durumda idi.

Azərbaycan qarşısında duran sadəcə separatçılar deyildi. Qarşımızda separatçıları birbaşa dəstəkləyən Ermənistan dövləti, dünya boyunca Ermənistanın işğalçı maraqlarına "insan haqları" donu geyindirərək ona dəstək qazandıran qlobal erməni lobbisi, Ermənistanı silah-sursatla gen-bol təmin edən Rusiya hərbi sənaye kompleksi, separatçılara maddi və mənəvi dəstək göstərən İran və Vatikan kimi ölkələr və nəhayət, bütün bunlara asanlıqla göz yuman kollektiv Qərb dayanırdı.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ uğrunda nəinki Ermənistanla, hətta bütün dünya ilə savaşmağa hazırlaşırdı. Prezident seçilərkən İlham Əliyev işğal altında olan torpaqlarımızı son qarışınadək azad etməyi özünün başlıca missiyası elan etmişdi. Ermənistanı dəsətəkləyən bütün qüvvələrin neytrallaşdırılması üçün illər keçdi. İlham Əliyev isə sadəcə "nəyi nə vaxt etməyin lazım olduğunu bildiyini" deyirdi. Prezident siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə Azərbaycanın mövqeyinin gücləndirilməsinə illər sərf etdi və nəticədə dünya güc mərkəzlərinin belə mümkün hesab etmədiyini gerçəkləşdirdi. BMT-nin 4 məlum Qətnaməsini Azərbaycan öz gücünə yerinə yetirdi və ərazi bütövlüyümüz təmin edildi. Dünyanın aparıcı dövlətlərinin xəbərdarlıqlarına baxmayaraq Prezident İlham Əliyev öz xalqına lazım olanı etdi. 44 günlük müharibə zamanı heç bir şantaja və davamlı təhdidlərə boyun əymədi. O, Azərbaycan xalqının birliyinə, onun qəhrəman ordusuna arxalandı və təkcə separatizmə yox, onu dəstəkləyən bütün qüvvələrə birlikdə qalib gəldi. Döyüş cəbhəsində ordumuzun əldə etdiyi qələbələri Prezident Əliyev diplomatik və informasiya cəbhələrində təkbaşına təmin etdi. Nəticədə Azərbaycan qalib gəldi.

Bu günümüzdən geriyə baxanda Azərbaycan və Gürcüstan xalqlarının tarixində yaşanmış eyni dramın iki fərqli sonluğunu görürük. Torpaq itkilərinə məruz qalmış və hələ də mənəvi sarsıntılar içərisində çırpınan, Qərb tərəfindən taleyin hökmünə buraxılmış gürcü taleyi ilə Vətən müharibəsində qazanılmış zəfərin qürurunu yaşayan Azərbaycanlıların məğrurluğu müqayisə olunarkən Azərbaycan siyasətinin nəyə qadir olduğunu anlamaq o qədər də çətin deyil. Ona görə biz bu qələbəmizlə həmişə öyünməliyik. Bu gün də, sabah da, on iilər və hətta yüz illər sonra da biz tarixi zəfərimizin qiymətini bilməyə borcluyuq.

Cavanşir Feyziyev
fəlsəfə üzrə fəlsəfə doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ