Cümə günü, 09 oktyabr 2026
     

Nikol Paşinyanın növbəti riyakarlığı da nəticə vermədi

Image


Vətən müharibəsindən sonra Ermənistan-İran münasibətlərində inkişaf hiss olunmağa başladı. Bununla Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İrandan istifadə etməyi düşünürdü. Hətta Azərbaycanla İran arasında olan gərginliyi daha şişirtməyə çalışan rəsmi İrəvan buradan özünə siyasi və təhlükəsizlik dividentlərinə idialı idi. 

Azərbaycan və İran liderlərinin dövlət sərhədində görüşü Bakı və Tehran münasibətlərini yeni mərhələyə daşıdı. Tehranda yeni və əzəmətli binada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması da Azərbaycan-İran münasibətlərində "perezaqruzka" anlamını kəsb edir.  

Buna baxmayaraq, İranın Prezidenti Rəisinin helikopter qəzasında həlak olmasını da erməni ekspertlər öz maraqları naminə şərh etməkdən çəkinmirdilər. Ardınca doktor Pezeşkianın İranda prezident seçilməsi ilə həyəcan keçirən Ermənistanın siyasi esteblişmenti öz riyakar simasını yenidən ortaya qoydu. Qərbə doğru inteqrasiya etməyi əsas prioritet seçən və antiRusiya ritorikasını genişləndirən Ermənistanın baş naziri Nikol Paşinyan Pezeşkianın inaqurasiya mərasiminə qatılmaqla İrəvan və Tehran arasında münasibətlərdə yaxınlığı nümayiş etdirmək niyyətini ifadə etdi. Kilsə, diaspora və Qarabağ erməniləri ilə bağlı böyük problemlər yaşayan Ermənistanın baş naziri Nikol Paşinyan İrandan mədət ummaq istədi. Ermənistan müstəqil olduqdan sonra öz suveren maraqlarını Rusiyaya təhvil verdikdən sonra indi də Qərblə münasibətlərə üstünlük verməklə İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışır. Qlobal məkanda bir-biri ilə mübarizə müstəvisindən olan güc mərkəzləri ilə paralel münasibətlər qurmağın mümkünsüzlüyü hər kəsə bəllidir. 

Ermənistanın ərazisində Avropa İttifaqının "mülki" missiyası yerləşdikdən sonra İranın bu xüsusda narazılığını göstərən bəyanatları ilə yanaşı, Paşinyan Avropa ilə münasibətlərdə artan dinamikanı saxlamağa çalışdı. ABŞ-la Ermənistan arasında keçirilən "Eagle Partner" hərbi təlimləri, ABŞ dövlət katibinin müavinlərinin ard-arda İrəvana səfərləri, Aİ-nin Ermənistanda missiyasının qalıcı olması, gələcəkdə bu "missiyanın" hərbi bazaya çevrilmək perspektivləri, ABŞ-ın Ermənistanda həddindən artıq böyük səfirliyinin fəaliyyət göstərməsi, Fransadan alınan silahlar, Aİ Sülh Fondundan ayrılan vəsaitlər rəsmi Tehran üçün də siqnal olmalıdır. 

Bununla yanaşı, İranın Ermənistandakı səfiri Mehdi Sübhani də ermənipərəstliyindən geri qalmır, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəyanatlar səsləndirir. 

İşin ən qəribə və anlaşılmaz tərəfi bundan ibarətdir ki, Ermənistanın Rusiya ilə münasibətlərinə gəlincə ABŞ İrəvanı "demokratiya cəfakeşi", "məzlum demokratiya sevdalısı" gözündə görürsə, İranla Ermənistanın təmaslarına müəmmalı şəkildə göz yumulur. Bəlkə də bu təmaslarda Ermənistan Qərbin xeyrinə casusluq edir və İranın mövqeyini öyrənməyə çalışır... 

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın ali dini lideri Əli Xamenei görüşündə Zəngəzur dəhlizinin Ermənistanın maraqlarının xeyrinə olmadığı bildirildi. Maraqlıdır ki, son dövrlər Rusiya, ABŞ və İran rəsmiləri Ermənistanın maraqları daha uca səslə haqqında danışır və Ermənistan bütün qütblərlə bərabərhüquqlu münasibətlər qurmağa çalışarkən, vassal mövqeyindən xilas ola bilmir.   

Ermənistanın "sülh kəsişməsi" şousu da öz nəticəsini vermədi və Paşinyanın niyyəti Tehran tərəfindən qəzəblə qarşılandı. Digər tərəfdən, İranın ali dini lideri Əli Xameneinin Fransanı və Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində baş verən vakxanaliyanı tənqid etməsi də Paşinyan üçün nəticə çıxarılmalı fikirlər olmalıdır. Əslində Paşinyanın özü də bacısı Makron kimi LGBT ideyalarını təbliğ edir və onlar üçün bu cür açılış mərasimlərində "şoular" adi haldır. 

Geosiyasi planda öz subyektliyini itirən Ermənistana bu gün bütün güc mərkəzləri yol göstərməyə, hansı cəmiyyətin, mədəniyyətin, təhlükəsizlik çətirinin və iqtisadi formasiyanın doğru və ideal olduğunu sübuta yetirməyə çalışırlar. Paşinyanın bir-biri ilə antaqonist mövqedə olan, bu və ya digər formada 2 qlobal müharibənin iştirakçısı olan dövlətlərlə təmasları dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə bilər. Tarix boyu bu cür müxtəlif stullarda oturan siyasətçilərin acı aqibətinin şahidi olmuşuq. Paşinyan da onların yolu ilə əmin addımlayır. 


STM-in sektor müdiri, Politoloq İlyas Hüseynov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ