çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Nelson Mandelanın xəyanətkar xanımı, Kamal Kılıçdaroğlunun “kreslo sevgisi” və İlqar Məmmədov...

Image


Son günlər Ədliyyə Nazirliyi siyasi partiyaların təqdim etdikləri üzv siyahılarını saf-çürük edir, mövcud nöqsanları aşkarlayir və bir ay ərzində sənədlərdə düzəlişlərin edilməsi zərurəti barədə maraqlı şəxslərə xəbərdarlıqlar göndərir.

Bəzi partiyalar bunu anlayışla qarşılayıb yanlışları düzəltməyə çalışır, bəziləri isə qanunun tələblərini icra etməyin, siyahıları düzəltməyin mümkünsüz olduğunu anlayıb haray-həşir salmağa cəhd göstərirlər.

 Çox təəssüf ki, belə mənasız haray-həşir salanlar içərisində  “ReAl” partiyası da yer aldı, “hökumətlə hökumətlik etmək” yolunu tutdu və digərlərindən fərqli olaraq, Ədliyyə Nazirliyinin aşkar olunan nöqsanlar barədə iradlarına mətbuat konfransı keçirməklə cavab verdi.

Bu yazı da mənim bir zamanlar rəğbətlə yanaşdığım,  hərəkat olduğu dövrdə dəyərli insanları ətrafında toplamağı bacaran və eyni “müvəffəqiyyətlə” onları öz sıralarından bir-bir yola salan “ReAl” partiyası və onun sədri İlqar Məmmədov haqqındadır.

Əvvəlcə onu deyim ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ortaya çıxarkən onu  məmnunluqla qarşılayan partiyalardan biri mənim rəhbərlik etdiyim Azərbaycan Naminə Alyans Partiyası oldu. Baxmayaraq ki, yeni tələblərlə qeydiyyatdan keçmə şansımızın olmadığını bilirdik. Ancaq onu da anlayırdıq ki, sayı 60-a yaxınlaşan kiçik partiyaların Azərbaycanda xalq üçün faydalı iş görməsi indiyə qədər mümkün olmadığı kimi, bundan sonra da  mümkün olmayacaq. Ona görə partiyalara birləşməyi, ortaya real gücü olan siyasi qüvvəni çıxarmağın yollarını axtarmağı təklif etdik. Ancaq tezliklə anladıq ki, partiya liderlərinin mütləq əksəriyyəti özündən başqa heç kimi nəinki siyasi lider, heç siyasətçi kimi də qəbul etmir.  Anladıq ki,  “birləşmək istəyən bizim partiyaya gəlsin”-mövqeyindən çıxış edən, sədr kreslosunu nəyin bahasına olursa-olsun altında saxlamağa çalışan  özündən müştəbeh partiya sədrləri ilə ciddi məsələlər barədə danışmaq tamamilə mənasızdır. Başa düşdük ki, xalqın böyük hissəsi kiçik siyasi partiyalara nəinki dəstək vermək istəmir, əksinə, onların “nəyin bahasına olursa olsun” siyasi arenada qalmaq cəhdlərinə narazılıqla yanaşır. Biz bu münasibəti gördük, qiymətləndirdik və başqalarını gözləmədən hamıdan əvvəl partiyamızı ləğv etdiyimizi və siyasi arenadan çəkildiyimizi bəyan etdik.  Arxamızca 30-a yaxın siyasi partiya gəldi və onlar da dürüstlük göstərərək reallıqları etiraf etdilər, siyasi fəaliyyətlərinə son qoyduqlarını söylədilər. Ancaq bir xeyli partiya lideri oturduqları sədr kreslosunu saxlamaq üçün Ədliyyə Nazirliyi ilə “ölüm-dirim mübarizəsi”nə girişdi.

Siyasətlə maraqlananların əksəriyyətinə yaxşı məlumdur ki, bu cür “kreslo sevgisi” təkcə azərbaycanlı siyasətçilər üçün xarakterik deyil. Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlunu Azərbaycanda yaxşı tanıyırlar. Deniz Baykalın intim videosunun yayılmasından sonra 2010-cu ilin mayında Cumhuriyyət Xalq Partiyasının sədri seçildi. Böyük siyasətçi olmadığı hamıya yaxşı məlum olsa da, onun bu ciddi nöqsanı dürüstlüyünə görə görməzdən gəlindi.  Nəticədə, Kılıçdaroğlu düz 13 il özünü dünya türklərinə dürüst, təmənnasız, böyük amallarla yaşayan siyasi lider kimi təqdim etməyi bacardı və milyonlarla insanı bu yalana inandıra bildi. Ancaq 2023-cü il prezident seçkiləri bu yalanların sonunu gətirdi. Məlum oldu ki, ona digərləri üzərində hökm etmək imkanı verən “kreslo”sunu saxlamaq, yaxud daha “sanballısı” ilə əvəz etmək naminə Kılıçdaroğlunun ata bilməyəcəyi addım yoxdur. Bu səbəbdən, əvvəlcə Türkiyə prezidentliyinə namizəd olmaq üçün “altılı masa”da toplaşan partiyaların deputat yerləri ilə bağlı tələblərinin heç birini geri çevirmədi.

Sonra ikinci tur ərəfəsində Ümit Özdağla gizli protokol imzaladı və ona 4 nazir postunu “peşkəş” edərək “dəstək vədi” aldı. Bu gizli protokol məsələsi ifşa olunduqdan sonra hamı anladı ki, Kılıçdaroğlu nəinki uzun illər özünü təqdim etdiyi kimi dürüst deyilmiş, əksinə, Türkiyə tarixinin gəlmiş-geçmiş ən yalançı siyasətçilərindən biri imiş. Ancaq 13 ildən sonra üzə çıxan onun təkcə bu nöqsanı olmadı. Məlum oldu ki, o həm də dəhşətli “kreslo xəstəsi”dir. İndi nə qədər ona deyilsə ki, sən lider deyilsən, allah sənə bu qabiliyyəti verməyib, eşitmir ki, eşitmir. 13 il oturduğu kreslodan dördəlli sallaşıb, Emin Sabitoğlunun “deyir, ayrılma məndən” mahnısını oxuyur.

Yeri gəlmişkən, dəyərli bəstəkarımızın bu məşhur mahnısını öz repertuarından çıxarmayan siyasətçilər Azərbaycanda da kifayət qədərdir. Bu yerdə gəlib çıxdıq haqqında söhbət açmaq istədiyimiz əsas qəhrəmanımızın üstünə. Çünki Kılıçdaroğlu kimi kreslodan yapışıb “ayrılma məndən”- deyənlərdən  biri də “ReAl” partiyasının sədri İlqar Məmmədovdur. Doğrusu, əvvəllər onu haqlı olaraq Kılıçdaroğlundan daha çox Nelson Mandelaya bənzədirdilər. Düz 5 il 8 ay həbs yatdığı dövrdə göstərdiyi dəyanətə görə. Son yüz ilin ən nüfuzlu siyasətçilərindən olan Nelson Mandela ondan daha çox,  27 il həbsdə saxlanılmış və bütün çətinliklərə sinə gərməyi bacarmışdı. Üstəlik, İlqar Məmmədovdan fərqli olaraq, onun xanımı Vinni  ərinin “iş yerində” olmadığı zamanlarda vəkillərlə, mühavizəçilərlə, bir sözlə əlinə keçənlərin hamısı ilə ona xəyanət etmişdi və bundan bütün dünya xəbərdar olandan sonra “hal-qəziyyə” gəlib “zərəçəkənin” özünə də çatmışdı. Ancaq Mandela bu xəyanətə də mətanətlə dayanmış və həbsdən çıxandan sonra uzun illər silahdaşı olan arvadından heç bir tərəddüd etmədən ləyaqətlə ayrılmışdı. Özü də bu qətiyyətli addımı “milli dəyərlərə bağlılıqdan”, “milli mentalitetə sədaqətdən” bir kəlmə də olsun  danışmadan atmışdı. Azərbaycanda həbsdə olduğu müddətdə bir çoxlarının afrikalı siyasətçiyə bənzətdiyi İlqar Məmmədov ailəsi ilə bağlı heç bir problem yaşamasa da, azadlığa çıxandan sonra qazandığı nüfuzu sürətlə itirməyə başlamışdı. Məlum olmuşdu ki, sədr olmağı xoşlayan, rəhbər kreslosunda əyləşməyi sevən və onu daha mötəbər prezident kreslosu ilə əvəzləməyi arzulayan İlqar Məmmədov əslində öz peşəsini qətiyyən bəyənmir. K.Stanislavskinin məşhur deyimini bir az dəyişdirsək, “siyasəti özündə deyil, özünü siyasətdə” sevir. Öz üzərində işləməyə, oxumağa, öyrənməyə həvəs göstərmir və bu səbəbdən “siyasi partiyaların kütləvi və parlament partiyaları olaraq iki növü var”- kimi hüquq elmində “yenilik” sayılacaq bəyanatlar verməkdən çəkinmir. Yəni demək istəyir ki, kütləvi partiyalar parlament partiyası ola bilməzlər. Bununçün mütləq kadr partiyası (İ.Məmmədov kadr yox, parlament partiyası deyir) olmalısan. “ReAl” sədri eyni  zamanda dövlət başçısından başqa heç kimi rəqib görməyəcək dərəcədə özündən razıdır və  debatlarda heç vaxt iştirak etmir. Bu səbəbdən onun bu vəzifəsini partiyanın icra katibi  Natiq Cəfərli yerinə yetirir. Fasiləsiz olaraq az qala hamı ilə debatlara çıxır və dəfələrlə xoşagəlməz vəziyyətlərə düşsə də yenə öz işini, əslinə qalsa, İlqar Məmmədovun işini görməkdə davam edir. Çarəsi kəsiləndə öz fikirlərini təkcə sözlə deyil, həm də sazla, daha doğrusu,  “muğamat oxumaqla” belə çatdırmağa hazır olduğunu söyləyir. Bütün fəaliyyəti ilə sanki “əsl sədr belə olmalıdır, bu cür işləməlidir”-ismarınc-məktubunu özünəvurğun liderinə çatdırmağa çalışır. Ancaq məktub yetişmir ki, yetişmir. Bütün ümidlərini seçkilərə, kampaniya dövründə ortaya qoyacağı “möhtəşəm performansa” və hazırladıqları “konsepsiyalara” bağlayan İlqar Məmmədov xalqla ünsiyyətdən qaçmaqda davam edir. Arada üzvlərin sayını artırmaq məcburiyyəti yarananda  ekranda görünüb, “ReAl”-a üzv olun”- çağırışı ilə çıxış edir. Anlamır ki, onun “mübarək” müraciətinə cəmi 500-600 nəfər baxırsa, bu o deməkdir ki, onların ya heç biri çağırışa qoşulmayacaq, ya da ən yaxşı halda  1-2 nəfər partiyaya üzv olmaq arzusuna düşəcək. Dərk etmir ki, soydaşlarını sevməyən, onlarla ünsiyyətdən qaçan, insanlara, hətta özündən hər cəhətdən üstün olan həmkarlarına belə yuxarıdan baxan “möhtəşəm” siyasətçilərin  xalqın dəstəyini  qazanması mümkünsüzdür. Bu səbəbdən “ReAl”-a üzv olun”- çağırışları heç bir nəticə verməyib və verməyəcək. Baxmayaraq ki, partiyada Erkin Qədirli kimi, Natiq Cəfərli kimi  savadlı siyasətçilər və yalnız “üzvlüyə çağırış” videolarında boy göstərən ziyalılar var. Ancaq partiyanın ən böyük problemi ondan ibarətdir ki, “ReAl”ın öz peşəsini sevən və öz vəzifələrini icra etməyi bacaran lideri yoxdur. İlk növbədə, məhz lideri olmadığına görə “ReAl” tələb olunan sayda üzvləri toplamaq imkanına malik  deyil və bu səbəbdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmə şansından məhrumdur. Çox güman ki, bunu anladığından illərlə xalqla ünsiyyətdən qaçan “lider” qara-qışqırıq salmaq yolunu tutur, partiya təmsilçiləri “telefonla üzvləri yoxlamaq qanunsuzdur”, “bizi qeydə almasanız E.Qədirli deputatlıqdan istefa edəcək”-kimi qeyri-ciddi bəyanatlar səsləndirirlər. Mütəmadi olaraq KİV təmsilçiləri qarşısına çıxmağı “şəninə yaraşdırmayan” İlqar Məmmədov yalnız “rədd cavabı” alınandan sonra mətbuat konfransı keçirmək qərarı alır. Vəziyyəti ən azı onun qədər bilən, Azərbaycanda cəmi 4-5 partiyanın 5000 üzvünün ola biləcəyini və “ReAl”-ın həmin partiyalardan biri olmadığını yaxşı anlayan qələm əhlinə əksini sübut etməyə çalışır. Anlamır ki, bu çıxış yolu deyil. Qara-qışqırıq salmaq bu məqamda köməyə yetməyəcək. Təhdidlərlə partiyanı qeydiyyatdan keçirmək mümkün olmayacaq. Nə qədər qiymətli  sayılsa da, Erkin Qədirlinin mandatdan imtina edəcəyi barədə hədə də işə yaramayacaq. Çıxış yolu başqa yerdə axtarılmalıdır.

İlk növbədə partiya öz işini sevməyən, öz vəzifəsini icra etmək istəməyən sədrdən -İlqar Məmmədovdan xilas olmalı, debatlarda iştirak edəcək, savadı, natiqliyi ilə hamıdan, ən azı çoxlarından üstün olduğunu sübut etmək potensialına malik liderini tapmalıdır. Azərbaycanın siyasi həyatında partiya liderlərinin rolunun müstəsna əhəmiyyətə malik olduğu unudulmamalıdır. Eyni problemlərlə üzləşmiş siyasilərlə danışıqlar aparıb birləşmə yolları axtarılmalıdır. Yeni insanların, nüfuzlu şəxslərin partiyaya cəlb olunması barədə düşünülməlidir. Dərk olunmalıdır ki, tutulan yolun sonunda qələbə şansı yoxdur və iş-işdən keçəndən sonra məlum olacaq ki, partiyanın onsuz da məhdud olan potensialı Ədliyyə Nazirliyi ilə mənasız qarşıdurmaya yönəldilib. Bu cür davam etsə, çox maraqlı layihə kimi ortaya çıxan və siyasətdə qalmaq haqqı olan bir partiya Azərbaycanın siyasi həyatından birdəfəlik silinəcək. Ləngimədən bu yolun yanlış olduğu anlaşılmalı, hakimiyyətlə lüzumsuz qarşıdurmadan imtina olunmalı və partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakını təmin edəcək ağıllı addımlar atılmalıdır. Üstəlik, bu  addımlar heç bir vaxt itkisinə yol vermədən, dərhal atılmalıdır.

Hələ ki, gec deyil...

Abutalıb Səmədov

“Alyans” strateji araşdırmalar mərkəzinin sədri

REDAKSİYADAN: Qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ