ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana mümkün zərbələr endirmək üçün Yaxın Şərqə Dark Eagle hipersəs raketinin yerləşdirilməsini istəyib.
Bu barədə Bloomberg mənbələrə istinadən xəbər verir. Məqalədə bildirilir ki, sözügedən tələb İranın öz buraxılış qurğularını 300 mildən çox məsafədəki hədəfləri vura bilən Precision Strike Raketinin mənzilindən kənara çıxarmasına cavabdır. Mənbənin məlumatına görə, bu tələblə bağlı qərar hələ verilməyib. Agentlik aydınlaşdırıb ki, tələb təsdiqlənərsə, bu, hələ tam döyüşə hazır olmasa da, Amerika hipersəs raketinin ilk yerləşdirilməsi olacaq.
SAMİRƏ