şənbə günü, 26 sentyabr 2026
     

Şahin Mustafayev Cücevana getməsə, böyük Azərbaycan həqiqəti sübut olunmazdı?!.

Image


"Güclü Ermənistan" Partiyasının seçki siyahısına rəhbərlik edən, partiyanın şura üzvü Narek Karapetyan Facebook səhifəsində yazıb ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin Cücevana səfəri ilə bağlı bəyanatı təbliğat və siyasi addımdır. Məqsəd Ermənistanda doğulmuş azərbaycanlıların olduğunu göstərməkdir. Karapetyan bunu Ermənistana 300 min azərbaycanlının köçürülməsi proqramı üçün təbliğat hiyləsi adlandırıb.

O, həmçinin Mustafayevin sinif yoldaşının sözlərinə istinad edib: həmin şəxs əla oxumasına baxmayaraq, həmişə bir səhvə yol verib - "Ermənistan" sözünü kiçik hərflə yazıb. Karapetyan bildirib ki, onlar bizim ölkəni müstəqil və suveren görmürlər, Ermənistanı özlərinə düşmən hesab edirlər. Biz güclü dövlət və təminatlar hesabına uzunmüddətli sülhə nail olmağı bacarmalıyıq.

Guya Şahin Mustafayev doğulduğu kəndə getməsə, hec kim bilmir ki, indiki Ermənistan ərazisində 1828-ci ilə qədər Azərbaycan türkləri yaşayıb, bu tarixdən sonra çar Rusiyası və Sövet hökumətinin dəstəyi ilə ərazidən azərbaycanlılar mərhələlərlə köcrülüb, son qovulma isə 1988-ci ildə baş verib və həmin vaxt Ermənistandan 300 min azərbaycanlı qovulub?

Karapetyanın dediyi ilə reallıq arasında heç bir əlaqə yoxdur. Şahin Mustafayev doğulduğu kənd ooan Cücəvana getsə də, getməsə də, indiki Ermənistan ərazisində azərbaycanlıların yaşaması tarixi faktdır. Bunu gizlətmək, "təbliğat" adlandırmaq mümkün deyil, çünki sənədlər ortadadır.

1828-ci ilə qədər İrəvan, Naxçıvan və Qarabağ xanlıqları Azərbaycan türklərinin yaşadığı torpaqlar idi. Türkmənçay müqaviləsindən sonra çar Rusiyası İran və Türkiyədən erməniləri kütləvi şəkildə bu ərazilərə köçürdü. Məqsəd müsəlman əhalinin sıxlığını azaltmaq, xristian dayaq yaratmaq idi. Elə o vaxt "Erməni vilayəti" süni şəkildə yaradıldı. Bu proses 19-cu əsr boyu davam etdi.

Sovet dövründə azərbaycanlıların Ermənistandan çıxarılması mərhələli oldu. 1920-ci illərdə Zəngəzurdan, 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə "könüllü köçürmə" adı altında 100 mindən çox azərbaycanlı Kür-Araz ovalığına deportasiya edildi. Rəsmi səbəb "Azərbaycanda pambıqçılığı inkişaf etdirmək" idi, əsl məqsəd isə Ermənistanı monoetnik respublikaya çevirmək idi. Həmin illərdə Göyçə, Zəngibasar, Vedibasar, Dərələyəz rayonlarından on minlərlə ailə zorla köçürüldü.

Son və ən kütləvi deportasiya 1988-ci ildə baş verdi. SSRİ Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 1988-ci ilin yanvarında Ermənistanda 160 mindən çox azərbaycanlı yaşayırdı. Noyabr-dekabr aylarında Sumqayıt hadisələrindən sonra Ermənistan ərazisində qalan azərbaycanlılar ev-eşiyindən qovuldu. Qışın ortasında, bir gecənin içində insanlar dağa-daşa düşdü. Rəsmi Bakı 250 min, Ermənistan tərəfi 200 min, BMT QAK isə 186 min qaçqın qeydə aldı. Fərq ondadır ki, çoxları qeydiyyata düşmədən birbaşa qohumlarının yanına getdi. Ona görə 300 min rəqəmi real vəziyyəti əks etdirir. 1989-cu il siyahıyaalınmasında Ermənistanda cəmi 84 min azərbaycanlı qalmışdı, onların da əksəriyyəti 1991-ə qədər ölkəni tərk etdi.

Bunlar Mustafayevin uydurduğu "təbliğat" deyil. SSRİ arxivləri, BMT-nin hesabatları, hətta erməni tədqiqatçıların öz kitablarında yazılıb. Ermənistan Elmlər Akademiyasının nəşrlərində də 20-ci əsrin əvvəllərində İrəvan quberniyasında əhalinin 60 faizdən çoxunun müsəlman-türk olduğu göstərilir. İndi Karapetyan çıxıb "bu təbliğat hiyləsidir" deyəndə, faktı inkar edir.

"Ermənistan sözünü kiçik hərflə yazıb" arqumenti isə ümumiyyətlə uşaq söhbətidir. Orfoqrafiya səhvi ilə dövlət siyasəti qurulmur. Əgər bir məmur keçmişdə belə səhv edibsə, bu, bu gün 300 min insanın qayıdış hüququnu əllərindən almır. Hüquq emosiya ilə ölçülmür.

Karapetyan deyir ki, "300 min azərbaycanlı gəlsə, biz öz ölkəmizdə əsir olarıq". Bu, dövlətin acizliyini etiraf etməkdir. Suveren dövlət öz ərazisində qanunu tətbiq edir. Cinayət törədən kimliyindən asılı olmayaraq cəzalanmalıdır. "Cəzalandırsaq müharibə olar" məntiqi ilə yanaşsaq, onda Ermənistanda heç kim heç kimi cəzalandırmamalıdır. Azərbaycan 30 il ərzində Qarabağda yaşayan 30 min erməninin təhlükəsizliyinə təminat verirdi. Cinayət olanda erməni və ya azərbaycanlı olmasına baxılmırdı. Dövlət budur.

Mustafayevin Cücəvana səfəri siyasi addımdır, amma məqsədi "sübut etmək" deyil, "xatırlatmaqdır". Necə ki, erməni siyasətçilər hər il Xankəndinə, Şuşaya gedib "bizim tarixi torpaqdır" deyirdilər, azərbaycanlı məmur da Göyçəyə gedib "bura mənim doğulduğum kənddir" deyir. Sülh sazişində qaçqınların qayıdışı məsələsi varsa, bu, birtərəfli ola bilməz. Yalnız Qarabağdan çıxan erməninin hüququnu tanıyıb, Ermənistandan qovulan azərbaycanlının hüququnu "təbliğat" adlandırmaq ədalətli deyil.

Mustafayev heç vaxt Cücəvana getməsə də, 1988-də 300 min azərbaycanlının Ermənistandan qovulması faktı dəyişmir. Bu, tarixdir və tarix şəxsi səfərlərdən asılı deyil. Məsələ faktın olub-olmamasında yox, Ermənistanın bu faktı etiraf edib-etməməsindədir. Əgər sülh istəyirlərsə, əvvəlcə keçmişi inkar etməkdən əl çəkməlidirlər. Əks halda "güclü dövlət" söhbəti boş söz olaraq qalır, çünki güclü dövlət faktla üzləşməkdən qorxmur.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ