İranın ABŞ-a təqdim etdiyi yeni təkliflə bağlı Ağ Evdən açıqlama gəlib. Ağ Evin açıqlamasında diplomatik müzakirələrin təfərrüatlarını paylaşmaqdan imtina edib, sadəcə danışıqların davam etdirildiyini bildirib: "Biz şəxsi diplomatik müzakirələrin təfərrüatlarını paylaşmırıq".
ABŞ prezidenti Donald Tramp isə İranın son təkliflərinin onu qane etmədiyini deyir.yib bildirib: "İran razılaşma əldə etmək istəyir, amma onların son təklifləri məni qane etmədin. Telefonla danışıqlar aparmağa çalışırıq, amma razılaşmadan əmin deyiləm. İran hökuməti parçalanıb. Hamısı razılaşma istəyir, amma dağınıq vəziyyətdədirlər".
İranın xarici işlər naziri Abbas Əraqçi isə, ABŞ radikal tələblərindən, təhdid dolu sözlərindən və təxribatçı hərəkətlərindən əl çəkərsə, Tehranın diplomatiyaya hazır olduğunu deyib.
İranın rəsmi xəbər agentliyi IRNA Tehranın yeni təklifini dünən Pakistan hökuməti vasitəsilə ABŞ-a çatdırdığını bildirib.
Tahir TAĞIYEV