çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolu...

Image


Yenicə müstəqilliyini qazanmış Azərbaycan Respublikasında iki illik təlatümlər sonrası məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sular durulmağa başladı. 1993-cü ildə Azərbaycan xalqının israrlı dəvəti ilə hakimiyyətə gələn böyük siyasət adamı ölkəni yaşanan xaos və hərcmərclikdən çıxarmaq üçün bütün potensialını işə saldı. Onun bu yöndə etdiyi bir çox çabaları sırasında isə Azərbaycanı dünya arenasına çıxarmaq, onun istər siyasi, istər iqtisadi, istərsə də regional əhəmiyyətini dünya güclərinin diqqət mərkəzinə gətirmək amalı öncül yerlərdən birini tuturdu və Heydər Əliyev bu yolda böyük inamla addımlayırdı. Belə bir zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) texniki yardım məqsədi daşıyan TASİS layihəsi gündəmə gəldi.

Avropa İttifaqı SSRİ dağıldıqdan sonra – 1991-ci ildən hazırladığı və maliyyələşdirdiyi TASİS proqramı ilə yeni suverenlik qazanmış müstəqil dövlətlərdə iş aparmaq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturları yaratmaq, ölkələrarası ticarət, nəqliyyat, gömrük-keçid işlərini inkişaf etdirmək niyyətini ortaya qoymuşdu. 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin iştirakı ilə qəbul edilən bu layihə Avropa İttifaqının dəstəyilə həyata keçirildi. Beləliklə, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi – TRASEKA (Trans-Europe-Caucasus-Asia) həyata vəsiqə qazandı.

Məsələ burasındadır ki, SSRİ-nin dağılması və vaxtilə Sovet İttifaqının tərkibinə daxil olan respublikaların müstəqillik qazanması ilə Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi daha aktual xarakter almışdı. Regionu nəzarətində saxlamağa və alternativ enerji dəhlizlərinin yaranmasına mane olmağa çalışan Rusiyanın müqavimətinə baxmayaraq, ABŞ və Avropa İttifaqı bu istiqamətdə səylərini artırdı və TRASEKA layihəsi çərçivəsində Avropanı Asiya ilə birləşdirən “Böyük İpək Yolu” adlı transmilli layihənin həyata keçirilməsinə başlandı.

Əslində Azərbaycanın əlverişli geostrateji və coğrafi mövqeyi ona hər zaman həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqələrində əsas körpü kimi çıxış etməyə imkan verib. Lakin müstəqil dövlətin və müstəqil siyasətin olmaması səbəbindən bu əlverişli mövqedən Azərbaycanın maraqlarına uyğun şəkildə istifadə edilməyib. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan bu imkandan yararlanmağa başladı və məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan öz tarixi missiyasını yerinə yetirmək imkanı əldə etdi.

Ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafına böyük təkan verən, eyni zamanda bu ölkələrin qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlığının əsasını qoymuş bu marşrut – Böyük İpək Yolu əslində eramızdan əvvəl II əsrdə yaranıb. Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan bu yol tarixi ticarət marşrutu olaraq Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçirdi. Məhz TRASEKA-nın gündəmə gəlməsi Böyük İpək Yolunun yenidən bərpasına səbəb oldu ki, bununla da Azərbaycan Respublikası dünya arenasına inteqrasiya yolunda ilk kövrək addımlarını atmağa başladı.

Heydər Əliyevin reallaşan arzusu...

Mərhum prezident Heydər Əliyevin Mərkəzi Asiyadan, Qafqazdan keçməklə Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat dəhlizinin yenidənqurulması, tarixi İpək yolunun bərpası ideyasının gündəmə gəlməsində rolu əvəzsizdir. Məhz Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, uzaqgörən siyasətinin nəticəsidir ki, onun təşəbbüsü, Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçı ölkələrinin birgə qərarı ilə "Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans" 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirildi. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Əsas Saziş” adlı çox mühüm sənəd imzalandı. Həmin konfransda çıxışı zamanı Heydər Əliyev özü də Böyük İpək Yolunun bərpasının tarixi zərurət olduğunu qeyd edərək, bu layihənin region dövlətlərinin bütün sahələrdə inkişafına təkan verəcəyini bildirmişdi: "Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqılı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir".

Heydər Əliyevin bu layihənin həyata keçməsində əvəzsiz xidmətlərindən biri də TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin mənzil-qərargahının Bakıda yerləşməsidir. 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayan TRASEKA hökumətlərarası komissiyası daimi katibliyinin ofisi “Böyük İpək Yolu” boyunca hərəkət edən beynəlxalq yüklərin daşınma və hərəkətini tənzimləmək, Əsas Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi mühitlə bağlı məsələlərin həll edilməsinə kömək məqsədilə yaradılıb.

Ümumiyyətlə, o zaman istər regionda, istərsə də dünyada gedən qlobal prosesləri nəzərə alan Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmə inteqrasiya prosesində iştirakı baxımından olduqca vacib olan transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılmasına xüsusi önəm verirdi və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini birmənalı şəkildə dəstəkləyirdi. Bu strateji siyasi kurs Prezident İlham Əliyevin də qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətinin əsasını təşkil edib. İlham Əliyevin hələ 24 noyabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı və 11 fevral tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı ilə bu strategiyanın əsası qoyulub və bu məqsədlə nəqliyyat-kommunikasiya şəbəkəsinin modernləşdirilməsinə və yenidən qurulmasına xüsusi diqqət ayrılıb.

“Azərbaycan Respublikası qarşıdakı dövrdə Proqramın fəaliyyətini ölkələrimizin nəqliyyat sektorlarının inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir...”

Prezident İlham Əliyevin 2019-cu ilin dekabrında Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir:

"Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin ilbəil artırılmasına imkan verən bu sənədin ərsəyə gəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir. Həmin konfransda çıxışı zamanı Heydər Əliyev özü də Böyük İpək Yolunun bərpasının tarixi zərurət olduğunu qeyd edərək, bu layihənin region dövlətlərinin bütün sahələrdə inkişafına təkan verəcəyini bildirmişdi”.

Prezident məktubunda qeyd edir ki, fəaliyyət göstərdiyi 20 il ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.

 “Nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirən Azərbaycan Respublikası qarşıdakı dövrdə Proqramın fəaliyyətini ölkələrimizin nəqliyyat sektorlarının inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bu fəaliyyətin uğurla aparılması üçün ölkəmiz bundan sonra da Proqramın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcəkdir”- məktubda deyilir.

Məsələ burasındadır ki, TRASEKA layihəsi Avropa ilə Asiya arasında nəqliyyat yolunu qısaltmaqla külli miqdarda vəsaitə qənaət etmək imkanı yaradır, eyni zamanda Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli dərəcədə gəlir gətirir. TRASEKA layihəsi çərçivəsində malların daşınmasının Avropa ilə Cənubi Asiyanı birləşdirən Süveyş kanalından 20 gün tez başa gəldiyi nəzərə alınarsa, bu gün Azərbaycanın dünyanın əsas tranzit ölkələrindən birinə çevrildiyini demək olar ki, bu kontekstdə Azərbaycan dövləti və xalqı ümummilli liderə minnətdar olmalıdır. Üstəlik, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir ki, bu da istər iqtisadi, istərsə də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycanda Heydər Əliyev dönəmi – dəmiryollarının “qızıl dövrü”nün başlanğıcı...

Azərbaycan Respublikasında Heydər Əliyev dönəmi ölkəiçi dəmiryol infrastrukturunda da masştablı yeniliklərlə yadda qalıb. İstər hakimiyyətinin birinci, istərsə də ikinci dönəmində yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsini prioritet məsələlər sırasında görən Heydər Əliyevin Azərbaycana qayıtdığı 90-cı illərin əvvəllərində ölkədə, digər sahələrdə olduğu kimi, dəmiryollarının durumu da bərbad idi. Bu kontekstdə 1996-cı ili Azərbaycanın dəmiryolları tarixində dönüş ili saymaq olar. Həmin ilin 18-19 iyul tarixlərində Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirilərək, dəmiryolundakı neqativ hallar dövlət başçısı tərəfindən sərt tənqid edilir və dərhal müvafiq qərarlar qəbul olunur. İstər rəhbər strukturlarda kadr dəyişikliyi, istərsə də fəaliyyət mexanizmindəki yeniliklər tez bir zamanda bu sahədə irəliləyişlər əldə olunmasına təkan verdi. Nəticədə, məhz mərhum prezidentin gərgin əməyi və qonşu ölkələrlə apardığı danışıqlar sonrası 1997-ci ilin may ayından Bakıdan Moskvaya qatarların gedişi bərpa edildi. Həmin ilin dekabrından isə Bakı-Rostov isttiqamətində yeni qatarlar xəttə buraxıldı. Daha sonra mərhələlərlə Kiyev, Brest, Xarkov, Həştərxan, Yekaterinburq, Sankt-Peterburq, Tümen, Novorossiysk, Voronej, Lvov. Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə sərnişin qatarları xəttə buraxıldı. Daha sonra, 1998-ci ildə Bakı-Xankəndi, 1999-cu ildə Bakı-Gəncə qatarları sərnişinlərin üzünə açıldı. Eyni zamanda qatar reyslərində xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Ötən müddət ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin potensialı xeyli artaraq dünya standartları səviyyəsinə çatdırılıb. Günümüzdə Bakıdan bir çox bölgələrə modern sürət qatarlarının hərəkəti bütün bu deyilənlərin real təsdiqi sayıla bilər. Elə bu qatarların Qəbələ, Gəncə kimi Xankəndiyə istiqamət götürəcəyi gün də uzaqda deyil və ümummilli lider Heydər Əliyevin ruhu o gün bir daha sevinəcək...

Samirə SƏFƏROVA

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ