çərşənbə günü, 14 oktyabr 2026
     

“Azadlıq aşiqinin” Badamdarda “möhtəşəm villa” tikməkliyi, yaxud, “Millət necə tarac olur-olsun...” - Abutalıb Səmədov yazır

Image


Elmin, hünərin, mərifətin varsa, buyur gəl!

Yoxsa, bu həyat aləminə olma bir əngəl!

Böyük şair Məhəmməd Hadi təqribən yüz il əvvəl söyləmişdi bu sözləri.

Və bir daha xatırlatmışdı ki:

Ərbabi-kəmalın yeridir bil ki bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan!

“Ərbabi-kəmal”a, savadlı və mənəviyyatlı insanlara ən çox ehtiyacın duyulduğu yerdir siyasət meydanı.

Nə yazıqlar ki, xalqımızın düşmənləri ilk gündən bu meydanı zibilləməyə çalışdılar və məqsədlərinə nail oldular.

Nəticədə, ötən əsrin 80-ci illərinin sonlarında genişlənən xalq hərəkatının məşhur bir meydan qəhrəmanının deyimi ilə “turbina”sına çoxlu təsadüfi insanlar çıxdı.

Asan yolla məşhur  olmağın, pul, sərvət toplamağın cazibəsinə necə düşdülərsə, 34 ildir ki, bu “turbina”dan düşə bilmirlər, daha doğrusu düşmək  istəmirlər və orda qalmaq üçün əllərindən gələni edirlər.

Azərbaycan siyasət aləmində səviyyəni ən aşağı nöqtəyə qədər salan, onun inkişafına mane olan əngəllərə çevriliblər bu “turbina qəhrəmanları”...

Xalq hərəkatının üzə çıxardığı belə qəhrəmanlardan biridir Nemət Pənahlı.

1993-cü ilin “iyun qiyamı” günlərində Surət Hüseynovun ən yaxın silahdaşlarından, siyasi dəstəkçilərindən idi və bütün görüşlərdə onun yanında yer alırdı.

Böyük Heydər Əliyev Bakıya, hakimiyyətə dəvət olunduqdan sonra Surət Hüseynovu siyasi dəstəkçilərdən məhrum etmək istiqamətində atılan addımlardan biri o oldu ki, ali təhsili olmayan Nemət Pənahlı prezident aparatında Ərazi idarəetmə orqanları üzrə Dövlət müşaviri Arif Rəhimzadənin xidmətində müşavir, məşhur deyimlə, “müşavirin müşaviri” təyin olundu.

İki il müddətində nəinki heç bir faydalı işlə məşğul olmadı, heç vəzifəsinin mahiyyətini də anlamadı.

Sonralar  müsahibələrinin birində iddia elədi ki, o əslində “müşavirin müşaviri” olmayıb, Dövlət müşavirinin özü olub, Zeynal Nağdəliyevin, Arif Hacıyevin səviyyəsində dövlətə xidmət edib.

Vəzifəsini böyütdü, ancaq iki ildə gördüyü işlərdən (bu qurum prezident aparatının ən çox işləyən strukturlarındandır), icra başçılarına necə rəhbərlik etməsindən, hansı tapşırıqları verməsindən  bir dəfə də olsun danışmadı.

Sonra BDU-nun hüquq fakültəsinə “qəbul oldu”, hüquqşünas diplomu aldı, ancaq onun heç vaxt hüquqi məsələlərdən danışdığını, rəy bildirdiyini də eşidən olmadı.

İnsan dərindən bilmədiyi, sevmədiyi məsələlərdən necə danışa bilər ki?

Məhz bu səbəbdən heç vaxt onun Qarabağ məsələsinin nizamlanması prosesindən, Türkiyənin İraqda, Suriyada, Yunanıstanla sərhəddə, şərqi Aralıq dənizində üzləşdiyi problemlərdən, Ukrayna ətrafında baş verənlərdən də danışdığını eşidən olmayıb.

Çünki bununçün gündə 8-10 saat oxumaq lazımdır və siyasi məsələlər barədə oxumağı qətiyyən sevməyənlərdəndir Nemət Pənahlı.

34 ilin siyasətçisinin “mütəxəssis” sayıldığı bir neçə mövzu var və o, yalnız bu məsələlərdən danışır.

Xalq hərəkatını necə təşkil etməsi, inqilab nəzəriyyəsinin “ən dərin bilicisi olması”, AXC-nin KQB tərəfindən yaradılması və onun liderlərinin KQB ağenti olması onun sevimli mövzularıdır.

“Azadlıq aşiqi”nin özünün də KQB agenti olması  iddiası da 30 ildən çoxdur ki, bəzilərinin dilindən düşmür.

KQB agenti olsa da, olmasa da bu təhlükəsizlik idarəsinin onun taleyində “müstəsna” rol oynadığı danılmazdır.

Bu barədə özü görün nə deyir:

“Rus KQB-si mənə dedi ki, səni kommunist olmadığına götə 1-ci katib qoya bilmərik. Amma həbsdə ikən səni deputat edirik, sonra  Ali Sovetin sədri qoyuruq. Gələcəkdə prezidentlik təsis olunacaq, səni prezident seçərik”.

Bax, bu cür dünyanın ən güclü xüsusi xidmət orqanlarından olan KQB Azərbaycana ən böyük pisliklərindən birini etdi, Nemət Pənahlını və onun kimi bir neçə “meydan qəhrəmanını ” inandırdı ki, onlar “böyük siyasətçilərdir” və dövlət başçısı olmağa layiqdirlər.

O vaxtdan “azadlıq aşiqi” heç bir hakimiyyəti qəbul etmədi.

Bütün hakimiyyət dəyişmələrində az və ya çox dərəcədə iştirak etdi və sonra hakimiyyətə gələnlərin hamısına qarşı müxalifətdə oldu, onları hər cür cinayətlərdə ittiham etdi.

Bu fəaliyyəti, çox güman ki,  xəyal etdiyi  “prezident kürsüsünə” çatana qədər, yəni ömrünün sonuna qədər davam edəcək.

Dəfələrlə həbs olundu və həbsxanalarda  da oğru aləminin “hakimiyyətini” qəbul etmədiyini və “həbsxanalar bizim evimizdi”- deyən “avtoritetlərə” müraciətlə: “ə, şərəfsiz, belə ev saxlayarlar?”- dediyini və bundan sonra bədəninin heç bir üzvünün zərər görmədiyini iddia etdi. 

Nəhayət, bu günlərdə şakərinə sadiq qalıb hamını - həm müxalifəti, həm də iqtidarı “ürəkdolusu” tənqid etdi, səhv edib ona söz verənləri həmişə olduğu kimi uzunçuluğu ilə təngə gətirdi və sonda Bəxtiyar Vahabzadənin məşhur misralarını bərbad günə qoyaraq hamını özünü düşünməkdə, özü üçün yaşamaqda günahlandırdı.

Yəni B.Vahabzadənin bu misralarını:

Heyhat!.. Hələ çoxdur evini vətən,

Qohum-qardaşını millət sayanlar.

Bu günə qoydu:

Neçə ki, cəmiyyətdə vətən deyəndə evini, xalq deyəndə arvad-uşağını...

Burda deyiblər ki, “adımı sənə qoyum, səni yana-yana qoyum!”.

Evini vətən, arvad-uşağını millət sayanların başında gedən və bununçün qətiyyən xəcalət çəkməyən adam utanmadan özündən qat-qat mənəviyyatlı insanlara yaşamaq öyrədir...

Ötən ilin ilk günlərində Pənah Hüseynlə Nemət Pənahlı arasında maraqlı bir debat olmuşdu.

Həmin debatda Yanvar faciəsinin elə ertəsi günü reketçilik edərək respublikanın imkanlı adamlarının  birindən zorla pul, qızıl aldığını etiraf etmək məcburiyyətində qalan “azadlıq aşiqi” yalnız bu fakt barədə danışdı  və “təmiz” olduğunu sübut etməyə çalışdı.

Ancaq həmin günlərdə zorbalıqla yalnız bir nəfərdənmi pul, qızıl alınmışdı?

Təbii ki, yox.

Bu faktları hüquq-mühafizə orqanları axıra qədər araşdırdılarmı?

1988-ci ildən sonra insanlardan yığılan pullar barədə ciddi araşdırma  aparıldımı?

Aparılmadı.

Nə qədər ki, hüquq-mühafizə orqanları bu cür ciddi məsələlərə belə yanaşacaqlar, “meydan qəhrəmanları” sağa-sola ittihamlar səsləndirməkdən çəkinməyəcəklər! 

Həmin debatda Pənah Hüseyn Badamdarda özünə dəbdəbəli villa tikən  “millət aşiqi” haqqında dedi:

“Ay millət, bu iki dənə villa tikdirir. Baş nazir,  Dövlət katibi,  deputat olmuş Pənahın əgər bir qəzet budkası varsa, tövləsi varsa, toyuq hini varsa, deyin bu xalq hərəkatından, xalqın inamından istifadə edib. O, qızıl, pul hərisi olub. İndi də pul yığır, indi də ev tikir millətin bu vaxtında. Millət Qarabağdan didərgin düşəndə də ordan-burdan, Şamaxıdan  10 hektarlarla torpaq qapazlayıb. Sən busan, ay Nemət Pənahlı! Get, otur yerində, ayıbına qısıl!”

İstənilən siyasətçi bu sözlərdən sonra xəcalətindən yerə girər və danışmağa söz tapmazdı.

Ancaq Nemət Pənahlı “o Məcnunlardan deyil”.

Həqiqəti etiraf etmək, utanmaq, xəcalət çəkmək onun çoxdan unutduğu, yaxud heç vaxt malik olmadığı keyfiyyətlərdir.

O, nəyin bahasına olursa-olsun vəziyyətdən çıxmaq, özünə haqq qazandırmaq ustasıdır.

Bu yolda istənilən yalanı danışmağa, qıpqırmızı üzə durmağa heç bir tərəddüd etmədən pioner kimi “həmişə hazır”dır.

P.Hüseynin daşdan keçən məntiqinin qabağında utanmalı, xəcalət çəkməli olan  N.Pənahlının dediklərinə fikir verin:

“60 yaşında başa düşdüm ki, mənim 6 uşağım da bu millətin nümayəndəsidir. Mən də bunlara nəsə eləməliyəm (guya millətin digər nümayəndələrinə xeyli evlər tikib).

2 ha torpağın puluna gəlib Badamdarda 6 sot torpaq alıb ev tikirəm. Sənədlər icra hakimiyyətinə gedən gündən bu şərəfsizlər (Pənah Hüseyni göstərir, o da şərəfsiz nəslindir-cavabını verir) hay salıblar ki, Nemət ev tikir. Ayə, ev tikmək cinayətdir? (Arada bir bayatı deyir). Bəli, öz layihəmnən, memarnan oturub işləmişəm. Çox yüksək səviyyəli, əminəm də ki, o ev tikilib başa çatandan sonra hətta o milyarderlər belə ondan örnək götürəcək. Ağ Evdən də gözəldir. Əminəm ki, o evin proyekti Azərbaycanın hər yerində tikiləcək.- deyir və 5-ci dəfə soruşur: cinayət eləmişəm?

Bir zamanlar meydanlarda yeri gəldi-gəlmədi Tofiq Fikrətin:

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!- misralarını oxuyan, millət üçün yaşadığını iddia edən adam deyir bu sözləri.

Bakının ən bahalı yerində milyarderlərin belə həsəd aparacağı, ABŞ prezidentlərinin yaşadığı və işlədiyi Ağ Evdən də böyük, dəbdəbəli villa tikdiyini fəxrlə söyləyir.

Milyonlarla pul tələb olunur belə yerdə torpaq alıb, “milyarderlərin həsəd aparacağı”evi tikdirmək üçün.

Bu pula ermənilər tərəfindən evləri xaraba qoyulan azı 15-20 nəfərə ev tikdirmək olardı.

Yaxın tariximizdə öz həmvətəni üçün hər şeyindən keçən ləyaqətli, şərəfli  İNSANLARIMIZ  az olmayıb.

İllərlə gözlədiyi evi köçkünlərə verənlər də olub, onları öz evlərində yerləşdirənlər də.

Biz bu ləyaqəti Nemət Pənahlıdan gözləmirik, çünki onun kimliyini az-çox bilirik və mənəviyyatına da bələdik.

Ona görə mənəviyyatı qoyaq bir kənara.

Adamın heç olmasa bir az ağlı olmazmı?

Sən gecə-gündüz dil boğaza qoymadan millət sevgisindən danışasan, “arvad-uşağını  millət sayanları” lənətləyəsən, sonra da gedib paytaxtın ən bahalı yerində yüzminlərlə, bəlkə də milyonlarla dəyəri olan villa tikdirəsən.

Bilə-bilə ki, Azərbaycanda onminlərlə insan ermənilərin dağıtmış olduğu yurdlarında bir daxma tikmək imkanına belə malik deyil.

Onların heç olmasa birinə kiçik bir ev tikdirmək olmazdımı?

 Əlbəttə, hətta mənəviyyatı olmasa da bir az ağlı olan siyasətçi belə davranardı.

 Bakının daha ucuz rayonunda, bir az sadə ev tikdirib, qalan pulu bir neçə evsiz ailəyə verməyə “iradəsi” çatmasa da, deyiləcək iradları əvvəlcədən görüb, heç olmasa bir həmvətəninə kiçik bir ev tikərdi.

Ağlı olan siyasətçi Bakının mərkəzində dəbdəbəli ev tikdirərdimi?

Təbii ki, tikdirməzdi.

Anlayardı ki, xalqın bu günündə dəbdəbəli ev “eşqinə düşən” “dövlət adamı” həmin andan  insanlıqdan, vətənpərvərlikdən danışmaq haqqını itirir.

Anlayardı ki, yüzminlərlə insanın ən sadə, kiçik evə həsrət qaldığı günlərdə özünə və “millət” saydığı arvad-uşağına dəbdəbəli ev tikənin və utanmadan “burda nə var ki” deyənin nəinki vətənpərvərlikdən və allah adamı olmaqdan,  heç insanlıqdan belə danışmağa haqqı yoxdur.

 Allahın elçisi(s) buyururdu ki: Qonşusu ac olduğu halda özü gecəni tox yatan kəs bizdən deyil!".

Ailənin tələbatını ödəmək və insanların haqlı qınağına tuş gəlməmək üçün sadə bir ev tikmək əvəzinə israfçılıq edərək “möhtəşəm villa” həvəsinə düşən Nemət Pənahlı unudur ki, müqəddəs Qurani-Kərim müsəlmanları  dünya malına meyl etməməyə çağırır, dəbdəbəni, israfçılığı günah sayır, belələrini şeytanla eyniləşdirir:

“Həqiqətən, israf edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur” (əl-İsra, 17/27).

Sonda Nemət Pənahlının gecə-gündüz istismar etdiyi hörmətli şairimiz  Bəxtiyar Vahabzadənin onun kimilər barədə dediklərini xatırlayaq:

“Vətən” deyə-deyə yazıq Vətəni

Dollara çevirib cibə dürtdülər”.

  Bəli, 1988-ci ildən başlayaraq meydanlarda “Vətən”- deyə hayqıran “azadlıq aşiqi” ciblərinə xoşluqla verilən və zorbalıqla alınan kifayət qədər manat, dollar,  qızıl, sərvət dürtdü.

O “intəhasız cib” sahibinin dürtmədiyi bir şey qalıb - Badamdarda milyonlarla dəyəri olan villaları kölgədə qoyacaq, milyarderlərin həsəd aparacağı möhtəşəm bir villa.

Yaxın vaxtlarda Nemət Pənahlı bu xəyalına da qovuşacaq, dəbdəbəli villada şad-xürrəm həyatını sürəcək və hər dəfə əlinə fürsət düşəndə kiçik bir daxma həsrətini çəkən həmvətənlərinin qarşısına çıxıb yenə  şeir oxuyacaq.

Güman etməyin ki, bu böyük Sabirin-

 Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karim,

Dünyavü cahan ac olur olsun, nə işim var?!-

misraları olacaq.

Yox, Nemət Pənahlı yenə ruhuna illərlə rahatlıq vermədiyi Tofiq Fikrətin  məşhur misralarını öz saxta cır səsi ilə utanmadan, qızarmadan oxuyacaq və yenə də qardaşlıqdan dəm vuracaq:

  Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,

Doğrandı mübarək vətənin bağrı səbəbsiz.

Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,

Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.

-deyəcək.

Sizcə, Nemət Pənahlı növbəti dəfə bu şeiri oxuyarkən “şanlı” reketçilik “fəaliyyətini”, etdiyi digər hərəkətləri və  evsiz “qan qardaşlarını” xatırlayıb  utanacaq,  xəcalət çəkəcəkmi?



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ