çərşənbə günü, 14 oktyabr 2026
     

Natiq Talıbov: "Heydər Əliyev məni Vasif Talıbova göstərib dedi ki..."

Image


Müasir Azərbaycan dövlətçiliyinin yeni tarixini yaradan Ulu Öndər Heydər Əliyevin adının  Azərbaycanın taleyində  nə qədər önəmli mövqeyə sahib olduğunu sübut etməyə ehtiyac qalmasa da, onun keçdiyi həyat yolunun öyrənilməsi və yeni nəsillərə çatdırılması da bu günümüzün önəmli məsələlərindəndir.  Bu sırada 1993-cü ilin  iyununda  Heydər Əliyevin xalqımızın çağırışı ilə Naxçıvandan Bakıya qayıdışı böyük siyasi hadisəsidir və müasir dövlətçilik tariximizin yeni səhifəsidir. Müstəqilliyimizin məhvolma təhlükəsi ilə üz-üzə qaldığı o təlatümlü günlərdə Ulu Öndərin başlatdığı xilaskarlıq missiyası bu gün dünya çapında özünü təsdiq edən  və bütün Türk dünyasının qürur duyduğu, 44 günlük tarixi qələbəyə imza atan güclü Azərbaycan dövlətinin qurulmasını təmin etdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verənlər,  ölkəni çənginə alan xaos və anarxiya, gündən-günə dərinləşən siyasi və iqtisadi böhranlar dövründə  xalqın Heydər Əliyevə üz tutması həyatın təsdiq etdiyi reallıq idi. Cəmiyyət buna qədər Heydər Əliyevin simasında Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən qabaqcıl sənaye respublikasına çevirmiş, dünyada tanıtmağı bacaran müdrik və bütün xalqımızın maraqlarına xidmət edən rəhbər kimi tanımışdı.  Məhz bu dövrdə Heydər Əliyev ermənilərin Azərbaycana olan əsassız və saxta iddialarının qarşısını almışdır. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı xalqımızın etiraz səsini bütün dünyaya çatdıran ilk şəxs də Heydər  Əliyev olmuşdu.  Nəhayət, 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra qonşu ölkələrlə, o cümlədən qardaş Türkiyə ilə əlaqələrin qurulmasında böyük səylər göstərmiş və tarixi birliyimizə nail olmuş,  Naxçıvanı erməni işğalından  qorumuş və xilas etmiş, fövqəl bir uzaqgörənliklə sovet qoşunlarının muxtar respublikadan çıxarılmasına rəhbərlik etmişdir. Təbii ki, müasir Azərbaycan dövlətçiliyinin Heydər Əliyevin adı ilə bağlı olan bu şərəfli səhifələrinin sayı bitməz, tükənməzdir.

İndi o dövrü yaşayan və Heydər Əliyevi görüb, onunla görüşən  hər bir azərbaycanlının bu barədə  tükənməyən xoş xatirələri var. Bu sırada mətbutda ara-sıra çıxış edən, Naxçıvanda yetərincə tanınan bir nəslin nümayəndəsi olan Natiq Talıbovun da adını çəkməmək  olmur.

Natiq Talıbov ixtisasca energetikdir. Azərbaycan Dövlər Neft və Sənaye Universitetini bitirib, ixtiraçı alim kimi tanınınıb. Uzun illər Azərbaycanın energetika sənayesində çalışıb, ixtira və xidmətləri ilə bu sahənin  inkişafında xidmətləri olub. Respublikamışın elektrik enerjisi ilə təhcizatında aparıcı rol oynayan Əli Bayramlı (indi Şirvan)  Dövlət Elektrik Stansiyasında və Azərenerji ASC-nin Enerji İstehsalı İdarəsində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ildə Ulu Öndərin dəvəti ilə  Naxçıvana qayıdan Natiq Talıbov burada tikilməkdə olan elektrik stansiyasına baş mühəndis təyin edilib. Bir vacib faktı da xatırladaq ki, Natiq Talıbovun atası Kazım Talıblı Heydər Əliyevin Naxçıvandakı təhsil illərində müəllimlərindən olub. Natiq müəllim deyir:

  - Azərbaycanın hələ keçən əsrin sonlarından başlanan inkişaf və sənayeləşmə dövrü də Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan İES, Şəmkir SES, Yenikənd SES, Bakı İEM, Şimal ES-də yeni enerji blokunun tikintisi onun təşəbbüsü və yaxından iştirakı ilə baş tutmuşdur. Onun Moskvaya təyinatı, Sov.İKP MK-nın Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyinatı bütün öklənin həyatında yeni dövrün başlanğıcı oldu. Tək Azərbaycanı demirəm, onun Rusiya üçün gördüyü quruculuq işlərinin tarixi bu gün də unudulmayıb. Nəhayət, bədxahların təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılması, 1990-cı ildə Moskvadan  Azərbaycana, məlum səbəblər üçbatından blokada şəraitində ağır günlərini yaşayan Naxçıvana qayıdışı əsildə Naxçıvanın və Azərbaycanın xilası oldu. Naxçıvanlıların Heydər Əliyevi necə qarşılaması əfsanəvi bir hadisədir. Bu hadisələrdə bizim ailə üzvlərimiz də yaxından iştirak edib.  Yeri gəlmişkən deyim ki,  ailə üzvülərimiz də  Naxçıvanda olarkən dəfələrlə onun görüşünə gedib, müəllimi olmuş Kazım Talıblı haqqında xoş xatirələrini eşidiblər. İndi də bu təəsüratlarını bölüşən qohumlar Ulu öndərin yaddaşından, adi hadisələri belə incəliklə xatırlamasından xoş təəssüratlarla danışırlar.

-Olarmı ki, bu barədə bir az ətraflı danışasınız, hər halda yadınızda qalanlar var…

-Əlbəttə, bunlar heç vaxt yaddan çıxası deyil. İkinci tərəfdən çox qısa bir ömür yaşayan atam Kazım Talıblının dahi bir şəxsiyyətin yadında qalması, özü də çox xoş xatirələrlə yadında qalması bütün nəslimiz üçün şərəflidir.  Əli Bayramlı (indi Şirvan) DRES-də işlədiyim vaxtlarda ,o vaxt Əli Bayramlı Şəhər Dövlət Təhlükəsizlik İdarəsinin rəisi olan Rzaqulu Quliyev bu barədə mənə dəfələrlə danışmışdı. O deyirdi ki, atam Kazım  Heydər Əliyevin çox xöş duyğularla xatırladığı müəllimlərindəndir.

Bir hadisə də uşaqlıq yaddaşımda silinməz izlər buraxıb. Naxçıvan tarixən insanların rahat yağadığı yer olmayıb. Atamdan gələn qara xəbər, onun müharibədə həlak olması onsuz da sıxıntı içərisində yaşayan ailəmizə yeni problemlər gətirmişdi. O vaxt ikinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədlər sırasınada anam Məsmə Talıbovanın da adı var idi. Bu namizədlik dövlət təhlükəsizlik orqanlarında çalışan məsul bir şəxs tərəfindən verilmişdi. Vaxtı ilə müəllimi olmuş, ona dərs demiş müəlliminin, Naxçıvanın maarif və mədəniyyətinin inkişafında xidmətləri olan, Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olan Kazım Talıblının həyat yoldaşının namizədliyinin irəli sürülməsi  və deputat seçilməsi o ağır illərdə ailə üçün olduqca böyük mənəvi və maddi dəstək idi. İndi uzaq keçmiş olan 1946-cı ildən uşaq yaddaşıma həkk olunan bu hadisə unudulmayan xatirədir. Heydər Əliyev o vaxtdan  ailəmizin böyük və xeyirxah dostudur və Talıbovlar nəslinin yadaşında da xeyirxah, nəcib və qədirbilən bir insan kimi də yaşayır.

İstər o ağır illərdə, istərsə sonralar da biz onun ailəmizə olan köməyini davamlı hiss etdik.

Bir dəfə də bir hadisə olmuşdu, hələ sovetlər dövründə, Azərbaycan KP MK-nın birinci katibi olarkən Naxçıvan ziyalıları ilə görüşən Heydər Əliyevi Naxçıvan teatırının foyesində bacım Rübabə qarşılayır. Maraqlıdır ki, bacımı həmən tanıyır və atam haqqında, əziz müəllimi haqqında xöş sözlər deyir. Bu hadisə Naxçıvanda böyük rezonans doğurur, qohumlarımın həyat tərzinə  təsir edir, hətta bəzilərinə yüksək etimad göstərilərək vəzifə verilir, irəli çəkilir, təltif edilir.

   - Natiq müəllim, atanız, eyni zamanda  Ulu öndərin bu qədər ehtiramla yad etdiyi müəllimi haqqında danışın, Kazım Talıblı kim olub?

Atam 1907-ci ildə Naxçıvanda doğulub və burada pedaqoji institutda ali təhsil alıb. Eyni zamanda musiqi texnikimunu da bitirib, yaxşı tar, həm də kamanca və skripkada çalmağı da bacarırmış. Naxçıvanda əvvəlcə pedaqoji texnikumin, sonra pedaqoji institunn direktoru olub. Maarif sahəsində çalışdığı bu dövrdə bir sıra ziyalıların yetişməsində xidmətləri olub.  Azərbaycanın içtimai-siyasi həyatında  xidmətləri olan Səfəralı Babayev onu özünün fəxr etdiyi müəllimlərindən hesab edirdi. O cümlədən Ulu öndər atamın adını müəllimi kimi həmişə qürürla çəkib, bu onun övladları üşün də böyük fəxr yeri olub. 1939-cu ildə Naxçıvanın incəsənət komissari, indi anlamda mədəniyyət naziri olub. 1942-ci ildə könüllü cəbhəyə gedib, Pribaltika cəbhəsində  zabit kimi döyüşüb.  1944-cü ilin 24 sentyabrında Latviya uğrunda gedən döyüşlərdə həlak olub və orada More qəsəbəsindəki qardaşlıq qəbrisanlığında dəfn olunub. Tanınmış hərbi araşdırmaçı və yazıçı Nikolay Kudinov onun həyat və cəbhə yolunu əks etdirən “Talıbov yüksəkliyi” adlı povest yazıb. Bu povestdən parcalar 1983-cü ildə Naxçvanda “Şərq qapısı” qəzetində dərc edildi.  “Yazıçı” nəşriyyatında kitab kimi nəşri planlaşdırılmışdı, amma təəssüflər olsun ki, qarma-qarışıqlıq dövrünə düşdü, əsər it-bata oldu… Bir neçə dəfə Latviyada olmuşam, atamın qəbrini, onun şərəfinə yaradılan “Talıbov guşəsi”ni ziyarət etmişəm. İndi oralarda nələr yaşanır, bunlara bu gün əlim çatmır.

Amma Naxçıvanın mərkəzi küçəlırindən biri atamın adını daşıyür. Texnikumun yanından keçən, səhv etmirəmsə vaxtı ilə “Puşkinskaya” adlandırılan  bu küçəyə Kazım Talıblının adının verilməsi də Ulu öndərin nəcib və xeyirxah  təşəbbüsünün, Kazım müəllimə və ailəmizə olan ehtiramın  nəticəsidir.

- Bəs sizin necə, onunla  görüşünüz olub?

- Ulu öndər Naxçıvana gələndə mən Şirvanda çalışırdım və təbii ki, ona olan hüsn - rəğbət o qədər böyük idi ki, hər kəs onunla görüşü arzulayırdı. Təbii ki, bu hisslər bir naxçıvanlı kimi mənim də ürəyimdən keçirdi. Onu da bilirdim ki, işlərinin nə qədər çox olmasına baxmayaraq  Heydər Əliyev bizim ailə ilə həmişə maraqlanıb. Qohumlarım Naxçvana gələndə hörmət və rəğbətlərini bildirmək üçün onunla davamlı görüşüblər. Bacılarım və başqa qohumlarım da  mənə həmişə Heydər Əliyevlə görüşməyimi, onu ziyarət etməyimi tövsiyyə edirdirər. Düzünü deyim ki, ürəyim istəsə də bu qədər vacib bir insanı narahat edib, vaxtını almaqdan çəkinirdim. Amma görüşdüm və bu görüş məni yenidən Naxçıvana, döğma diyara qaytardı.

1992-ci ilin dekabrında Naxçıvanda xəstə bir qohumumu ziyarətə getmişdim. Adamlar qıtlıq, çörək böhranı bir yana, soyuğun da əsir-yesiri olmuşdular, elektrik enerjisinin və istiliyin  olmaması da fəlakətli bir fakt idi. Təəsəvvür edin ki, canının qızması üçün belinə qrelka bağlayan və ölüm ayağında olan xəstə  insan zarıyırdı ki, canım qızsa idi… Düzü, bu gördüyüm məni o qədər sarsıtdı ki, əlac yolu bilib Ali Məclisə, Heydər Əliyevin qəbuluna gəldim. Köməkçidən xahiş etdim ki, məni, Kazım Talıblının oğlunu qəbul etsin. Çox operativ gələn cavab belə oldu, axşam saat onun yarısı onu gözləyəcəm.

Düzü, ölkədəki vəziyyəti, səngiməyən gərginliyi və Heydər Əliyevlə işlərinin çoxluğunu nəzərə alaraq 5-10 dəqiqəlik bir görüş olacağını düşündüm. Çox mehriban və səmimi qəbulda söhbət 1 saata yaxın çəkdi. Mən onun gərgin iş qrafikini bildiyimdən energetika sahəsində aparılan işlərə, onda İrandan Naxçıvana elektrik xətti cəkilirdi və Türkiyədən elektrik xəttinin çəkilişi planlaşdırılırdı, onun şəxsi nüfuzu və yüksək təşkilatçılığı ilə baş tutan bu fövqəl işlərə alqış dolu münasibət bildirdim. Mümkün qədər qısa danışdığımı və həyacanımı hiss etdiyindən iki dəfə “tələsmməyi” tövsiyyə etdi.  Atam haqqında çox xoş sözlər soylədi, düzü bu barədə onunla görüşən qohumlarımdan da eşitmişdim, amma bu böyük insanın özündən bunları eşitmək nə qədər qürurlu olduğunu söyləmək  çətindir.

Energetika ilə bağlı təkliflərimi eşitdikcə gözlənilməz suallar verirdi. Digər tərəfdən həssaslığı və peşakar münasibəti də məni xeyli təccübləndirmişdi. Sonra ayağa durdu və kiməsə zəng etdi: Kazım Talıbnın oğlu yanımdadır. Təcili Müslüm İmanovla (onda Azərenerji ASC-nin sədri) danış, o bu gündən burada, tikilməkdə olan elektrik stansiyasında işləyəcək. Sonradan bildim ki, tapşırıq Naxçıvan Nazirlər Sovetinin sədr müavinin Ələsgər Sadıqova verilib.

Elektrik stansiyası şəhərdən 8 km aralıda idi. Bir dəfə işin sürətləndirilməsi üçün bəzi problemləri Ulu öndərə bildirmək və kömək almaq üçün səhər tezdən Ali Məclisə gəldim, qəbula yazılmağa macal belə olmadı. Foyedə məni görən kimi çağırdı və ayaqüstü təkliflərimi dinlədi, çox operativ  göstəriş verib məsələnin təcili həllini tapşırdı. Onda köməkçisi olan Vasif Talıbova məni göstərərək dedi: “Bu yoldaş tikilməkdə olan elektrik stansiyasının baş mühəndisidir. Nə vaxt gəlsə, qapıda saxlama, burax yanıma gəlsin”. Düzü mən sonralar onun qəbuluna gəlmədim, əslində buna ehtiyac da olmadı, davamlı özü tikintiyə gəlirdi və yerindəcə problemləri həll edirdi…

İndi o günlər mənim üçün yaşanan şərəfli bir tarıxdir.. Sevinirəm ki, blokadada yaşayan Naxçıvanın uğurlarına təkcə şahidlik etmədim, Ulu öndərin etimadı ilə və bilavasitə onun rəhbərliyi altında bilik və bağarığımı, sadə əməyimin önəmli bir hissəsini xalqa həsr edə bildim. Bu gün o görüşləri xatırladıqca böyük iftixar və qürür hissləri keçirirəm.

Heydər Əliyev dahi insan idi, onun qiymətini dünyanın ən böyük siyasət adamları, ölkə rəhbərləri, içtimai xadimlər vermiş və verəcəkdir. Bu cür insanlar 100 ildə bir yetişir. Azərbaycan xalqı bu nadir və fenomen yetirməsi ilə hər zaman fəxr edəcək.

Maraqlı söhbət üçün çox sağ olun.

Namiq QƏDİMOĞLU

Əməkdar Jurnalist.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ