çərşənbə günü, 14 oktyabr 2026
     

Bir NATO, bir KTMT üzvü ölkə ilə eyni vaxtda strateji müttəfiqlik - Ermənistanın yeni kabusu... - Aydın Quliyev yazır...

Image


Güclərindən asılı olmayaraq NATO və KTMT-nin bir-birinə əks hərbi-siyasi bloklar olduğu hər kəsə bəllidir. Hər iki blokla və onların üzvləri ilə münasibətlərini müəyyənləşdirmək ərəfəsində olan istənilən dövlət bu amili mütləq nəzərə alır və almalıdır. NATO və KTMT arasında mövqeyini dəqiq təyin edə bilməyən ölkələrin sonda tarazlığını itirmək təhlükəsi var...

Azərbaycan kimi heç bir hərbi-siyasi bloka qoşulmayan ölkələrin xarici siyasətinin özünəməxsus dəqiq modeli formalaşır. Bu model onlara əks blokların arasında uzun zaman öz tarazlığını saxlamasına imkan verir. Azərbaycan qarşı-qarşıya duran blokların arasında apardığı "qoşulmayan diplomatiya modelini" taktiki olaraq yeniləşdirmək təcrübəsini də yaradır.

Bu sözləri “Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün sosial media hesabında yazıb. Rusiya ilə Ukrayna arasında hazırda yaşanan gərginliyi şərh edən politoloq baş verənləri Azərbaycanın Vətən müharibəsi sonrası regionda yaratdığı yeni reallıqlar aspektindən dəyərləndirərək daha sonra yazır:

- Bəlkə də Azərbaycan dünyada tək və ya az sayda ölkələrdən biridir ki, əks blokların üzvü olan ölkələrlə ikitərəfli münasibətlərin yeni formalarını tapıb tətbiq edə bilir. Bu cəhətdən qardaş Türkiyə və Rusiya ilə ikitərəfli münasibətlərin dinamikası diqqət çəkir. Hər iki ölkə ilə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru yönüm alması bir faktdır və bu proses son illərdə daha da gücləndi. Məşhur Şuşa bəyannaməsinə qədər Türkiyə ilə münasibətlər ictimai səviyyədə bir qayda olaraq dost, qardaş, rəsmi sənədlərdə isə strateji tərəfdaş ölkə kimi xarakterizə olunurdu. Xüsusilə ortada həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin olması onsuz da hər vasitə ilə yanımızda dayanan qardaş ölkə barədə strateji müttəfiq ifadəsini işlətməkdə çətinlik yaradırdı. Vətən müharibəsi və Dağlıq Qarabağ münaqişəsindən sonra Şuşa bəyannaməsi strateji tərəfdaşlığı rəsmən strateji nüttəfiqliyə çevirdi.

Strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə keçid prosesi Rusiya ilə münasibətlərdə də özünü göstərir. Xatırlayırıq ki, Lavrov və başqa iri dövlət xadimləri açıq deyiblər: "Azərbaycan strateji tərəfdaşımız, Ermənistan strateji müttəfiqimizdir". Bunu xüsusi vurğu ilə deyirdilər. Rusiya 44 günlük müharibə vaxtı bu mövqeyində elan edilməmiş dəyişiklik etdi və tərəfsiz qalaraq Azərbaycana əslində faktiki müttəfiqlik göstərdi. Ermənistan nə qədər çalışsa da, Rusiyanı müharibə tərəfdaşı kimi öz yanına çəkə bilmədi. 44 günlük müharibədən sonra isə azad edilmiş ərazilərimizin birində keçirilən rəsmi Forumda Azərbaycan-Rusiya münasibətlərində strateji müttəfiqliyə keçidin əlamətləri ilk dəfə bəyan edilməyə başladı.

Azərbaycan-Rusiya strateji müttəfiqliyinin rəsmiləşəcəyi gözlənilir. Bu prosesin reallaşması strateji müttəfiq olaraq Ermənistanın Rusiya üçün önəmini xeyli dərəcədə azalda bilər. Nəzərə alsaq ki, uzun illər boyu bu iki ölkənin strateji müttəfiqliyi Cənubi Qafqazda Azərbaycana ağır ziyanlar vurmuş faktor olub, indi gedən yeni prosesin önəmliliyi daha çılpaq üzə çıxır. İllər boyu Ermənistanın Rusiya ilə strateji müttəfiqliyini özümüzə çox ziyanlı bir faktor kimi sıradan çıxarmağa çalışdıq. Açıq deyək, alınmadı. Ancaq əvəzində Rusiya-Ermənistan strateji müttəfiqliyinə Azərbaycan-Rusiya strateji müttəfiqliyini alternativ olaraq çıxarmaq reallaşsa, məgər pis taktikadır? Fikrimcə yox. Həm rus-erməni strateji müttəfiqliyinə "kontr" qoyuruq, həm də strateji Azərbaycan-Türkiyə müttəfiqliyinə gücləndirici balans yaradılır. Ən böyük problemimiz olan postqarabağ məsələlərinin həllini sona çatdırmaq üçün regionumuzda zəruri Rusiya-Türkiyə tandemini axıradək uğurla davam etdirməyin yolu da budur.

Eyni zamanda, keçmiş Dağlıq Qarabağın bu gün nəzarətimizdə olmayan hissəsini də sakitliklə qaytarmağın ən səmərəli yolu məhz bu proseslərin içindədir. Rusiya bilməlidir ki, onunla strateji müttəfiqliyə başlamaq niyyətində olan Azərbaycanın strateji hədəfi məhz budur... Qarabağın bir qarışı da güzəşt edilməyəcək... Eyni zamanda, strateji müttəfiqlik heç bir halda Ukraynanın ərazilərinin ilhaq edilməsi siyasətinə dəstək kimi başa düşülməməlidir. Fikrimcə, Krım məsələsində Azərbaycanın hələ 2014-cü ildən bəyan etdiyi rəsmi siyasət Donbas və Luqansk məsələsinə münasibətdə də davam etdirilməlidir.

Rusiya-Azərbaycan strateji müttəfiqliyinin bizə hansısa ciddi ziyanlar vura biləcəyi düşüncəsində deyiləm. Daha çox buna onəm verirəm ki, bu strategiyanın gerçək fakta çevrilməsinin qarşısını almaq üçün Ermənistan böyük çabalar göstərəcək və göstərir... Çünki Ermənistanın bəzi ağıllı strateqləri yaxşı anlayır ki, bir NATO, bir KTMT üzvü olan ölkə ilə strateji müttəfiqlik Azərbaycanın qarşısında çox geniş manevr imkanları açır... Bu, ermənilərin yeni kabusuna çevrilə bilər...

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ