çərşənbə günü, 14 oktyabr 2026
     

Xəzər dənizi ilə bağlı problem daha qorxunc miqyas alır…

Image


Qlobal iqlim dəyişmələrinin Xəzərə mənfi təsirləri son dövrlərdə yenidən əsas diqqət mərkəzində yer almağa başlayıb. Bu məsələ "Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları" mövzusunda keçirilən seminarda növbəti dəfə geniş müzakirə predmetinə çevrilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bu fonda qeyd edib ki, qlobal istiləşmə ilə bağlı Azərbaycanda da bir çox problemlər meydana çıxıb. Onlar arasında su çatışmazlığı, kənd təsərrüfatı məhsuldarlığına təsir, quraqlıq, Xəzərsahili ərazidə iqlim dəyişmələrinin təsiri ilə bağlı meydana çıxan problemlər və sair var: "Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitə və iqtisadi həyata ciddi təsir göstərəcəyi də istisna edilmir. İki qitə arasında yerləşən Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur və onun səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2.5 m qalxaraq 1995-ci ildə -26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalıb və təsərrüfat sahələrinə ciddi ziyan vurulub. Son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən aşağı düşərək -28 metr olub. İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir”. Rauf Hacıyev bildirir ki, əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha 9 və ya 18 metr aşağı düşə bilər.

Qeyd edək ki, bir müddət əvvəl almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmasında da bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək: “Bu öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək. Yaxın onilliklərdə azalma sürətlənəcək, 2100-cü ilə qədər Xəzərin səviyyəsi 9-18 metr enəcək və onun hövzəsinin sahəsi də 23-34 faiz azalacaq. Müqayisə üçün bildirək ki, Şimal dənizinin səviyyəsi iki-üç metr aşağı düşərsə, Rotterdam, Hamburq və London kimi limanlara giriş çətin olacaq. Balıqçılıq və yükdaşıma gəmilərinə problem yaranacaq, regiondakı bütün ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Burda biz ən yaxşı halda ən azı 9 metr enmədən danışırıq. Ən pis halda isə dənizin səviyyəsi 18 metr enəcək və Xəzər dənizi sahəsinin üçdə birindən çoxunu itirəcək. Xəzər dənizi kimi su hövzələrinin səviyyəsi bir tərəfdən yağış və axıntı, digər tərəfdən isə göl səthindəki buxarlanma arasındakı həssas tarazlıqla müəyyən edilir. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini buxarlanmanın artması və qışda dəniz buzunun yoxa çıxması ilə izah edirlər. Bu proses Aralıq dənizi-Orta Asiya regionunda quraqlığın artması ilə əlaqələndirilir”. Tədqiqat işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək problemləri də müəyyənləşdiriblər: “Bu, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar, beluqa və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək”.

Alimlərin fikrinə görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcək. Tədqiqatçılar təcili və koordinasiyalı fəaliyyətə ehtiyac olduğunu vurğulayıb. Bu arada qeyd edək ki, aparılan araşdırmalara əsasən, Xəzərin temperaturu son 15 ildə 1,2 dərəcədə artıb. Suyun temperaturunun yüksəlməsi Xəzərin bioresurslarına təsir göstərir. Ümumiyyətlə, səviyyənin tərəddüdünə müxtəlif amillər təsir edir ki, burada əsas yeri iqlim dəyişmələri tutur. Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır. Dənizin səviyyəsinin enməsi ilə bağlı problemlər bütün sahilyanı ölkələrdə, xüsusən də İranda özünü kəskin göstərir. Xəzərin İran sahillərində sular 500 metrədək çəkilib. İranın şimal-şərqində yerləşən Gülüstan əyalətindəki Gez, Türkmən limanları istifadəyə yararsız hala düşüb. İranda bildirilir ki, çəkilmə fonunda Xəzər dənizindəki Gürgan körfəzi quruya bilər. Bu körfəzin quruması isə əyalətdə qum fırtınasına yol açacaq. Bundan əlavə, bir sıra təbii fəlakətlərin olması da qaçılmazdır. İranın Gülüstan əyalətinin 131 kilometr sahil zonası var. 100 il əvvəl İmam Xomeyni limanına gələn mallar Türkmən limanı vasitəsilə Bakı limanına göndərilərək SSRİ ilə ticarət əlaqələri qurulurdu. Suların çəkilməsindən sonra isə həmin ərazilər qumsallıqlara çevrilib. Xəzərdə suyun səviyyəsinin kəskin şəkildə enməsi nəticəsində Azərbaycanda Dənizkənarı Milli Parkda sahil boyunca daş və torpaq qatın üzə çıxması müşahidə olunur. Xəzərin suyunun azalması dənizdəki adaların da ərazisini genişləndirib. O da xüsusi diqqət cəlb edən məqamdır ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə ona tökülən çayların da həcmi azalır. Məsələn, Volqa və Kür çaylarında suyun həcminin azalması Xəzərin səviyyəsinin enməsi ilə bağlıdır. Ümumiyyətlə, dənizin səviyyəsinin düşməsi ilə çayların həcminin azalması bir-birinə əlaqəli olan məsələdir. Proses çaylarda balıqların kürütökməsinə də mənfi təsir göstərir. Bu da balıq ehtiyatlarına təsirsiz ötüşmür. Dənizin səviyyəsinin enməsi, həmçinin, Kür çayının yatağında qrunt sularının artmasına səbəb olur. Bununla çayın üzünə çirklənmiş sular daxil olur.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ