Polşada dəhşətli qətl hadisəsi baş verib.
Baki-xeber.com-un xəbərinə görə, Polşada yaşayan ermənilər azərbaycanlı ictimai fəal Müşfiq İsmayılovu vəhşicəsinə qətlə yetirib, sonradan meyiti meşəyə apararaq ağacdan asıblar. Day.az xəbər verir ki, yalnız bir neçə gün sonra yerli sakinlər olaydan xəbər tutaraq polisə xəbər verib. Polis meyiti morqa təslim etsə də, hələlik yaxınları onu ala bilməyib.
Xəbərdə o da qeyd olunur ki, Müşfiq İsmayılov valideynlərini hələ uşaq ikən yol qəzasında itirib. Müşfiqin çox savadlı və vətənpərvər gənc olduğunu bildirən yaxınlarının dediyinə görə, ermənilər onu Azərbaycana dəstək aksiyasının ardından izləyib, ölkəmizin uğurları qarşılığında ondan qisas alıblar.
Allah rəhmət eləsin...