Bildiyimiz kimi Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Bəyanata əsasən humanitar məqsədli atəşkəs elan edilib. Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib ki, 1988-ci ildən bəri ilk dəfədir ki, hərbi, siyasi, psixoloji üstünlüyümüz göz qabağındadır. Ruhdan düşmək olmaz. 27 sentyabr birliyimizin başlancığı oldu. Əbədi müharibə olmur. İndi söz diplomatlarındır. Dirənmək,hərbi üstünlüyümüzü siyasi üstünlüyə çevirmək lazımdır. Yunus Oğuz daha sonra deyib ki, ortada bütün incəlikləri özündə əks etdirən hüquqi sənəd yoxdur. Ortada Ali Baş Komandanın qəti və birmənalı mövqyi var- Ermənistan qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdı!