25/11/2020 06:49
728 x 90

"Ordumuzun qələbə sevinclərini karantin məhdudiyyətləri və komendant saatlarının tələbləri çərçivəsində qurmağı bacarmalıyıq" - Aydın Quliyev

img

Azərbaycan Ordusu tariximizin ən şərəfli şəhifələrindən birini yazır. 1988-89-cu illərdən başlayaraq ya başsızlıqdan, ya təcrübəsizlikdən, ya da müxtəlif xəyanətlər üzündən ermənilərin işğalları altına düşməsinə şərait yaradılmış torpaqlarımızı mütəşəkkil döyüşlərlə geri alırıq.

Bu gün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Başa düşürük ki, əvvəla torpaqlarımız qayıdır, ikinci, xalqımız "bu xalq birdəfəlik yatdı" deyən bəzi qafillərin və düşmənlərin fikirlərini alt-üst edərək zəfərlər qazanır. Ağdərə, Madagiz, Cəbrayıl, çoxlu sayda kəndlər azad edildi, artıq şübhə yoxdur ki, rayonlarımızın hamısı azad olunacaq. Məntiqi sonluğuna çatmadan durdurulması və geri dönüşü mümkün olmayan bir prosesin içindəyik. Nə yaxşı...

Ancaq xalqımız tarixi qələbəsinə sevinməyi bacardığı kimi, hər bir qələbənin əsas təşkilatçısı olan dövlətimizin qayda və düzənlərinə uyuşmağı bacardığını da sona qədər göstərməlidir. İndi qələbə sevincimiz nə qədər böyük olsa da, bu sevinci içində olduğumuz karantin məhdudiyyətlərinin və komendant saatının çərçivəsində idarə etməyi bacarmalıyıq.

Qələbə sevincini yaşayaq, ancaq karantin və komendant saatının məhdudiyyətlərinə də uymaq lazımdır. Qələbə sevincini yaşaya-yaşaya özümüzün, cəmiyyətimizin sağlamlığını və bunu təhdid edən təhlükəni unutmaq olmaz. Böyük qələbə sevinclərini komendant saatlarından kənarda və karantin qaydalarına uyaraq yaşamaq ən düzgün yoldur.

Bizim xalqımızın ən düzgün yolları seçə bildiyi dövr çoxdan başlayıb...

Aydın QULİYEV

Son xəbərlər