22/10/2020 22:09
728 x 90

Türk Hava Yolları Ankara istiqamətinə də xüsusi reyslərə başlayır

img

Türk Hava Yolları 2 oktyabr 2020-ci il tarixindən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayır.

Baki-xeber.com-un xəbərinə görə, uçuşlar çərşənbə və cümə günləri olmaqla həftədə 2 dəfə planlanıb və AnadoluJet markası ilə həyata keçiriləcək. Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı- Ankara- Bakı reysinə bilet əldə etmək, www.anadolujet.com web səhifəsini ziyarət etmək vəya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür.

Türk Hava Yolları Ankara uçuşlarında tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd edir. Əlavə olaraq bildirilir ki, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul-Naxçıvan-İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Son xəbərlər