çərşənbə günü, 14 oktyabr 2026
     

Koronavirusa görə yüksək miqdarda cərimələr gəlir...

Image


Hesablamalar dünyada koronavirusun artım sürətinin yenidən yüksəlməkdə olduğunu göstərir. Elə bunun nəticəsidir ki, son 1 həftədə virusa yoluxanların sayı 1 milyonu keçib. İndiyə qədər virusa tutulanların sayı 31 milyon təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmaları da göstərir ki, koronavirus infeksiyası getdikcə çox sayda insana təsir edir. Hindistan, ABŞ, Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Argentinada artan qrafik üzrə dəyişən yoluxma halları müşahidə olunur. Əvvəlki kimi pandemiyanın yükünü əsasən Amerika qitəsi çəkir. Yeni yoluxma hallarının yarısı bu qitədədir. Avropada da yoluxmanın artdığını görmək olar. Xüsusilə Qərbi Avropa dövlətləri olan Fransa, İspaniya, Böyük Britaniyada və Aralıq dənizinin şərqində vəziyyət daha gərgindir. Mahiyyət etibarilə bu ölkələrdə yoluxma hələ də geniş yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının təmsilçisi Marqaret Harris bildirib ki, virusa yoluxma halları yanvardan başlayaraq artmaqda davam edir: “Yoluxmanın pik həddə çatdığını deyə biləcək mərhələdə deyilik. Çünki yoluxma hər gün daha da artır. Bəzi ölkələrdə isə yoluxmanın qarşısı alınıb. Nümunə üçün Asiyanın şərqini göstərə bilərəm. Həmin ölkələrdə yoluxma hallarının qarşısını almaqda uğur əldə olunub”. Marqaret Harris qeyd edib ki, qış fəsli Avropada soyuq keçdiyindən insanlar bir yerdə daha çox toplaşır: “Belə olan halda yoluxmanın qarşısını almaq çətin olacaq. Bunun üçün qapalı yerlərdən, yaxın ünsiyyətdən və toplaşmadan qaçmaq lazımdır. Əgər bir yerdə toplaşmaqdan qaça bilmirsinizsə, maskadan istifadə edin, əllərinizi yuyun. Tədricən daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar pilləkənləri qalxarkən təngnəfəs olmalarından, o cümlədən başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxa bilməməkdən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə də müəyyən xəsarət qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətindir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərindən gələni etmələrini tövsiyə edirik.

Hazırlanma mərhələsində olan 170-dən çox vaksin mövcuddur. 30-dan çox vaksin daha təkmil, 5-6 vaksin isə üçüncü, yəni yekun mərhələdədir. Bütün vaksinlər bəzən müəyyən qrup insanlar üçün uyğun olur. Bunu təyin etmək üçün genişmiqyaslı sınaqlar aparmalıyıq. Bu, müəyyən zaman alır. Peyvəndin hansı dərəcədə effektiv olduğunu və hansı qrup insanlara təsir etdiyini anlamaq üçün dərin elmi araşdırma aparmaq lazımdır. Vaksinasiyanın 2021-ci ilin ortalarından daha erkən olacağını gözləmirik. İlin sonunadək üçüncü mərhələdə olan peyvəndlərin sınağı yekunlaşmayacağı təqdirdə hər hansı bir nəticə əldə oluna bilinməyəcək. Sınaqlar bitdikdən sonra hansı vaksinin daha uyğun olduğunu müəyyən edəcəyik".

Belə vəziyyətdə bəzi ölkələr artıq virusun ikinci dalğasına hazırlaşır. Məsələn, Böyük Britaniyanın baş naziri Boris Conson ölkədə koronavirus epidemiyasının ikinci dalğası barədə xəbərdarlıq edib. O, artıq koronavirusun ikinci dalğasının gəldiyini deyib: “İndi ikinci dalğa ilə qarşılaşırıq. Bu tamamilə qaçınılmazdır”. Britaniyalı baş nazir əlavə edib ki, infeksiyanın yeni dalğası Fransa, İspaniya və bütün Avropada başlayıb. Bu durumda Böyük Britaniyada yeni qanuna əsasən sentyabrın 28-dən etibarən koronavirus testinin nəticələri müsbət çıxan və ya virusa yoluxmuş şəxslərlə əlaqədə olan insanlar özünütəcrid qaydalarına əməl etmədikdə 10 min funt sterlinq məbləğində cərimə olunacaqlar. Ümumiyyətlə, ölkədə virusa yoluxmada artım baş verdikdən sonra qaydalar yenidən sərtləşdirilib. Virusa yoluxanlar arasında 35 yaşından aşağı olan şəxslər çoxluq təşkil etməyə başlayıb. İtaliyada koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən edilən qaydalara əməl etməyənlər 400-1000 avro arasında cərimə olunur. İspaniyada isə karantin rejiminin pozulmasına görə cərimələr 600 avrodan 3000 avroya qədər dəyişir. Almaniyada cərimələrin məbləği 200-5000 avro arasında dəyişir. ABŞ-da fiziki şəxslər üçün bu cərimələrin maksimal həddi 1000 dollardır. Macarıstan, Çexiya, Slovakiya və Polşanın da cərimə siyasətinə daha çox üstünlük verdiyi vurğulanır. Dünyanın əksər ölkələrində koronavirusun yayılmasının qarşısını almaq üçün cərimə təyin edilib və onun həcmi getdikcə artırılır. Bu, virusun yayılmasını önləmək üçün vacib hesab edilir. Ekspertlər hesab edir ki, payızda Azərbaycanda da virusa yoluxanların sayı artarsa, karantinlə yanaşı cərimələrin tətbiqi ilə də virusa qarşı mübarizə diqqət mərkəzində yer almalıdır.

Ramil QULİYEV  

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ