15/08/2020 21:36
728 x 90

Serbiya prezidenti nəhayət danışdı: biz Ermənistana və Azərbaycana ona görə silah satırıq ki...

img

Serbiya Ermənistana və Azərbaycana ona görə silah satır ki, hərbi sənayesinin ayaqda qalması üçün buna ehtiyacı var.

Bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Ermənistana silah satmasına Bakının kəskin narazılığına cavab olaraq deyib. “Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur” deyən Serbiya prezidenti bildirib ki, əslində Azərbaycana, Ermənistanla müqayisədə,  “on dəfə artıq” silah satılıb.

“Hərbi sənayemizdə 17 min insan çalışır və onlar öz iş yerlərini saxlamalıdırlar” – deyə prezident Vuçiç Daqlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışı məsələsini əsaslandırmağa çalışıb. Lakin bu əsaslandırmanın Bakının narazılığının dərhal ardından deyil, 10-15 gün sonraya təsadüf etməsi onun uzun götür-qoyun nəticəsi olduğunu düşünməyə əsas verir.

SAMİRƏ

 

Son xəbərlər