Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Milli Mətbuatımızın 145 illik yubiley günündə bir sıra sərəncamlar imzalayıb. Bu sərəncanlara əsasən, mətbuat sahəsində çalışan bir sıra şəxslər “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Əməkdar Jurnalist” fəxri adı, “Tərəqqi” medalı və Prezidentin fərdi təqaüdünə layiq görülüb.
“Bakı Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərova da “Tərəqqi” medalına layiq görülənlər arasındadır. Bu münasibətlə Türkiyənin ölkəmizdəki səfiri, sayın Erkan Özoral və Səfirliyin Mətbuat müşaviri Hüseyn Altınalan redaksiyamıza təbrik məktubu göndərərək məmnunluqlarını bildirib, xoş arzularını ifadə ediblər.
“Bakı Xəbər” adından hörmətli səfirimizə və müşavirimizə minnətdarlığımızı bildiririk.
Baki-xeber.com