Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, iclasın ardından Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda “Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılır”, - deyə bildirilib.
Bəyanatda qeyd edilib ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir:
“Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq”.
Baki-xeber.com