“Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov redaksiyamıza Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli Aydın müəllim! Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə təbrik edirəm. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimizin yolunu uğurla davam etdirəm möhtərəm Prezidentimiz İlham Əliyev də mətbuatımıza çox böyük qayğı ilə yanaşır. Dövlət başçısının milli mətbuatın 145 illik yubileyinin keçirilməsi barədə imzaladığı Sərəncam bunun bariz nümunəsidir. Dövlətimizin yaratdığı şəraitdən səmərəli istifadə edən mətbuat orqanları bu gün tariximizi, mədəniyyətimizi, dəyərlərimizi, ölkəmizin sürətli inkişafını, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işlərini təbliğ edir.
Sizin rəhbərlik etdiyiniz KİV orqanı, bütün sahələr kimi, milli dəyərlərimizin, eləcə də xalçaçılığın əsas təbliğatçılarından biridir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı dərc olunan xəbərlərin, məqalələrin, müsahibələrin, digər analitik yazıların geniş oxucu auditoriyası vardır. Xalqımızın milli dəyəri olan xalçaçılığın yaşadılmasına, təbliğinə, “Azərxalça”nın fəaliyyətinin işıqlandırılmasına göstərdiyiniz diqqətə görə Sizə öz təşəkkürümü bildirir, bir daha sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm”.
Baki-xeber.com