Bazar günü İstanbulun Bayazit meydanında Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, İstanbul sakinləri və İstanbulda yaşayan azərbaycanlılarla yanaşı, aksiyada Gürcüstan, Ukrayna və Pakistan vətəndaşları da iştirak edib. Bunu isə Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı həmin dost ölkələrin mitinqçilərin başı üzərində dalğalanan bayraqlarından da görmək mümkündür.
İstanbuldan aldığımız xəbərə görə, aksiyada “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar bir neçə dildə yazılaraq qaldırılıb.
Xəbərə görə, İstanbulla eyni zamanda Türkiyənin digər şəhərlərində - Eskişehir, Antalya və Malatyada da Ordumuza dəstək aksiyaları keçirilib.
Ankarada isə səhər saatlarından Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin də qatıldığı yürüş təşkil olunub - Türkiyə və Azərbaycan bayraqlarını başı üzərində daşıyan aksiya iştirakçıları ölməz Atatürkün uyuduğu Anıtkabirə qədər yürüş ediblər.
Baki-xeber.com