Türkiyə Sılahlı Qüvvələri Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan xalqı taleyin ümidinə buraxmayaraq kömək etməyə davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, artıq azad olunmuş ərazilərdə torpaqlar şumlanır, məhsul əkilir. Uşaqlar terror qorxusu olmadan məktəbə gedə bilirlər. “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgə hər gün daha da gözəlləşir.
Terrordan təmizlənən bölgədə yaşayan və türk əsgərinə minnətdarlığını dilə gətirən məktəbli uşaq “Mən səhər yuxudan durub məktəbə gedirəm. Məktəbdən gəldikdən sonra isə çobanlıq edib ailəmə kömək edirəm. Türk əsgərinə təşəkkür edirik” - deyib.
Tarlasını şumlayıb əkin əkən bir vətəndaş isə “Tarlanı gözəl bir şəkildə şumladıq, buğda əkdik, yağış yağdı. Arpa da əkəcəyik. İşığımız, suyumuz, hər şeyimiz var. Hazırda, şükürlər olsun, xoşbəxtik.” - deyə bildirib.
Baki-xeber.com