Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf xüsusi məhkəmə tərəfindən edam cəzasına məhkum edildi, ancaq məhkəmə qərarında bir maddə ölkəni qarışdırıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, xüsusi məhkəmənin qərarındakı qalmaqallı ifadələr İslamabad rəhbərliyi və xalq arasında təşvişə səbəb olub.
Məhkəmənin Pərviz Müşərrəf qərarının 66-cı bəndində Müşərrəf edamdan əvvəl vəfat edəcəyi halda hansı addımların atılacağından bəhs edilir. "Cəsədini sürüyərək D-Chowk-a (İslamabadda dövlət binalarının yerləşdiyi ərazi) gətirilməli, burada asılaraq 3 gün sərgilənməlidir" ifadələri xalq arasında böyük qəzəb yaradıb.
Qərar açıqlandıqdan sonra Pakistan hökuməti sözügedən qərarı verən hakimin işdən çıxarılması üçün hərəkətə keçib.