27/01/2020 00:03
728 x 90

ABŞ Suriyada neft yataqlarının yerləşdiyi bölgələrdə hərbi gücünü artırır

img

ABŞ Suriyada terrorçu PKK/YPG-nin işğalı altında olan Deyrizor və Haseke bölgələrində hərbi gücünü artırır. Baki-xeber.com xəbər verir ki, ABŞ ordusu sözügedən bölgəyə əlavə hərbi qüvvə göndərib.

Qeyd edilir ki, bölgədəki neft yataqlarında gücünü qorumaq istəyən ABŞ, bura təxminən 100 TIR-dan ibarət karvan göndərib.

Yerli mənbələrə görə, İraqdakı ABŞ qüvvələri El Valid sərhəd keçid məntəqəsindən keçərək Deyrizora göndərilib.

Anadolu Agentliyinin əldə etdiyi məlumata görə, karvanda 100 TIR-dan ibarət konvoyda çox sayda yanacaq daşıyan avtomobillər də olub.

Qeyd edilir ki, bölgədə 11 bazası və hərbi nəzarət məntəqəsi olan ABŞ ordusu Suriyadakı neft yataqlarının yerləşdiyi bölgələrdə hərbi iştirakını gücləndirməkdə davam edir.

Son xəbərlər