22/11/2019 19:08
728 x 90

ABŞ Suriyanın daha bir bölgəsindəki bazalarını boşaltdı, ardından da qırıcılarla bombardman etdi

img

ABŞ, Suriya-Türkiyə sərhədində yerləşən Ayn əl-Arab bölgəsindəki bütün hərbi bazalarını boşaldıb, ardından da bazalardan ikisini döyüş təyyarələrilə məhv edib.

Baki-xeber.com Tüürkiyə mediasına istinadən xəbər verir ki, Ayn əl-Arabdakı etibarlı mənbələrə görə, ABŞ ordusu Suriyanın şimalından çəkilmə prosesi çərçivəsində, Türkiyə sərhədində olan mahaldakı əsgərlərini də çəkib.

Təxliyə edilən dörd bazadan ikisi qısa müddət sonra ABŞ döyüş təyyarələri tərəfindən bombardman edilərək məhv edilib.

Bir neçə gün əvvəl ABŞ-ın Menbicdə təxliyə etdiyi, ancaq məhv etmədiyi bazalardan birinə rus qoşunları və Bəşər Əsəd rejiminı bağlı qüvvələr girmişdilər.

Ayn əl-Arabdakı Amerika qüvvələrinin çəkilməsindən sonra Suriyanın şimalında yalnız Hasekenin Rumeylan bölgəsində ABŞ əsgərləri qalıb. Ölkənin şərqindəki Deyrizor əyalətində də ABŞ bazaları var.

ABŞ ordusu YPG / PKK-ya qarşı başlatdığı əməliyyatdan bir müddət əvvəl Suriyanın şimalından qoşunlarını çıxarmağa başlayıb.

Son xəbərlər