21/11/2019 17:06
728 x 90

İspaniyanın haqqında üç dəfə həbs qərarı çıxardığı Kataloniya separatçılarının lideri Belçikada polisə təslim oldu

img

İspaniya tərəfindən haqqında həbs qərarı verilmiş Kataloniyanın keçmiş hökumət başçısı Karles Puigdemont polisə təslim olub. Baki-xeber.com xəbər verir ki, Puigdemont qaçdığı Belçikada könüllü polisə təslim olub.

Vəkili Belçika mediasına bildirib ki, o səhər saatlarında könüllü şəkildə polis bölməsinə gedərək ifadə verib.

İspaniya Ali Məhkəməsinin haqqında üç dəfə Avropa məkanında həbsinə qərar vermiş Puigdemont  İspaniyaya qayıtmaq istəmir, o Belçika ədalətinə inandığını deyir. Katalan lider 2017-ci ildə Belçikaya qaçıb.

Qeyd edək ki, Kataloniyada qanunsuz elan edilməsinə baxmayaraq müstəqillik referendumu təşkil etdiyi üçün mühakimə olunan 12 katalan siyasətçisi və QHT rəhbərlərinin dörd ay davam edən məhkəməsi 12 iyunda başa çatıb.

Konstitusiya Məhkəməsi qanunsuz élan etdiyi 1 oktyabr 2017-ci il tarixində keçirilən müstəqillik referendumuna görə ittiham olunan 12 müttəhimdən doqquzu həbs olunub.

Son xəbərlər