17/11/2019 03:57
728 x 90

Tramp Pens və Pompeonu Suriya məsələsi ilə bağlı Türkiyəyə göndərir

img

ABŞ vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Suriya məsələsi ilə bağlı Türkiyəyə səfər edəcəklər. Baki-xeber.com Türkiyə mediasina istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp deyib.

Amerika hərbçilərinin Yaxın Şərqdə "polislik" etdiyini və artıq geri qayıtmalarını istədiyini vurğulayan Tramp, Türkiyə və digərlərinə qarşı sərt davranacaqlarını bildirib: "Sülh və təhlükəsizliyi davam etdirməlidirlər. Nəyin baş verəcəyini görəcəyik. Türkiyəyə gedəcək heyət (Pens və Pompeo) atəşkəs tələb edəcək. Təxmin edə biləcəyiniz ən sərt sanksiyaları tətbiq etdik".

Pensin ofisindən isə bildirilib ki, vitse-prezident oktyabrıb 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Əsas müzakirə mövzusu isə Suriya məsələsi olacaq.

Qeyd edək ki, Suriyada “Barış pınarı” (Sülh bulağı) əməliyyatına qarşı çıxan Tramp Türkiyəyə sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

Sanksiya siyahısına artıq Türkiyənin Müdafiə və Energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Donmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər. Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir. Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Son xəbərlər