“Taliban” NATO-nun Əfqanıstandakı hərbi bazasına terror hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə terrorçu hərəkatın üzvü Zabihul Mücahid özünün tvitter səhifəsində yazıb.
NATO-nun mətbuat katibi açıqlamasında faktı təsdiqləyib. “Reuters”-in xəbərinə görə, o əlavə edib ki, intiharçı partlayışı nəticəsində azı 14 nəfər həyatını itirib.
NATO-nun açıqlamasında təhqiqatın davam etdiyi bildirilir.